Azərbaycanın cənub rayonları yanır – 2 helekopter cəlb edildi

26.07.2014 - 13:56

 
 

Lerik rayonu, Piran kəndində (rayon
mərkəzindən 35 km aralı) dağlıq meşə zolağı ərazisində təxminən 50 ha
sahədə müxtəlif növ ağaclar (palıd, dəmirağac, kol-kos) yanmaqda davam
edir.

 

Faktxeber.com Fövqəladə Hallar
Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın texnikalarının
həmin ərazilərə cəlb olunmasının qeyri mümkünlüyünü (avtomobil yolundan
təxminən 4-6 km yüksəklikdə) nəzərə alaraq Fövqəladə Hallar Nazirliyinin
qurumlarından 41 nəfər yanğınsöndürəni, 100 nəfər MM əsgərləri,
Aviasiya Dəstəsindən 1 ədəd helekopter, 1 ədəd təyyarə, 200 meşə
təsərrüfatı işçiləri və tırtıllı traktorlar cəlb edilib.

 

Yanğının yayılma təhlükəsi aradan qaldırılıb və tam söndürülməsi işləri davam etdirilir.

 

Lənkəran rayonu, Hirkan Milli Parkının
ərazisində də 20 hektar sahədə meşə zolağı və dağlıq ərazidə kol-kos
yanmaqda davam edir. Yanğının söndürülməsinə Fövqəladə Hallar
Nazirliyinin 75 nəfər yanğınsöndürəni, Aviasiya Dəstəsindən 2 ədəd
helekopter və meşə təsərrüfatı işçilərindən 80 nəfər canlı qüvvə cəlb
edilmişdir. Hazırda yanğın qayalıq ərazidə davam edir və yanğının
söndürülməsi üçün müvafiq tədbirlər həyata keçirilir

 

Short URL: http://www.cumhuriyyet.net/?p=10149

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31