Rusiyanın Azərbaycanı da hədəf alan yeni qorxunc planı
Moskva özəl ordu yaradır;
onların potensial tətbiq yeri Qafqaz və Ukrayna olacaq; söhbət həm də
rəngli inqilabları önləməyə yönəlik hazırlıqlardan gedir …
Rusiya
hökuməti özəl təhlükəsizlik qüvvələrinin yaradılması planı üzərində
işləyir. Ehtimal edilir ki, bu, dövlətüstü strukturlardan siyasi həssas
situasiyalarda istifadə olunacaq. Musavat.com-un məlumatına görə, bu
haqda Benyamin Bidderin “Der Spiegel” alman nəşrində dərc olunan “Rusiya
“Blackwater”i: Moskva özəl ordu yaradır” məqaləsində deyilir.
qanunvericiləri və hərbçiləri ölkəyə qonşu olan dövlətlərdə narahatlıq
doğuran bir qanunverici akt üzərində işləyirlər: “Müvafiq işçi qrup
təhlükəsizlik məsələləri ilə məşğul olacaq özəl müəssisənin yaradılması
üçün zəmin hazırlayır. Rusiya KİV-ləri yazır ki, söhbət faktiki surətdə
Amerika özəl hərbi kompaniyası olan “Blackwater”in (bir neçə il öncə adı
dəyişdirilərək “Academi” olub) hansısa analoqunun yaradılmasından
gedir. Artıq payızda parlament – Dövlət Duması bu təşəbbüslə bağlı qərar
verməlidir”.
şübhələnməyə dəymir: “Prezident Putin özəl hərbi müəssisələri “dövlətin
birbaşa müdaxiləsi olmadan milli maraqların müdafiəsi üçün etibarlı
alət” hesab edir. Qanunverici sənədə əsasən, özəl hərbi strukturlardan o
yerlərdə istifadə olunması nəzərdə tutulur ki, orada nizami silahlı
qüvvələrin iştirakı siyasi və hüquqi amillərə görə çətin və ya
mümkünsüzdür. Bu hərbi strukturlar müstəsna olaraq keçmiş xüsusi
təyinatlı zabitlər və əsgərlər hesabına komplektləşdiriləcək və Federal
Təhlükəsizlik Xidmətinə tabe olacaq”.
göndəriləcəyini gizlətmirlər: “Bu – Ukraynadır. Parlamentarlar hesab
edirlər ki, Qərb Rusiyayönlü separatçılarla mübarizədə Ukrayna ordusuna
dəstək verdiyi, bu məqsədlə Kiyevə altdan-altdan özəl ordular göndərdiyi
üçün Moskva buna adekvat cavab verməlidir”.
canlı maraq yaradıb və onları xeyli ruhlandırıb: “Bu, bizə kömək üçün
yaxşı vasitə olacaq”. Separatçıların liderlərindən biri Denis Puşilin
nəşrə açıqlamasında belə deyib. Bundan əlavə, özəl hərbi strukturların
əməkdaşları lazım gələrsə, Rusiyanın Qafqazdakı ordu birləşmələrindəki
əsgərləri, o cümlədən tanınmamış Abxaziya və Cənubi Osetiyadakı
hərbçiləri əvəzləyə bilərdilər”.
ordunun əməkdaşlarının xidmətində Rusiya sərhədlərindən uzaqda olan
ölkələr də maraqlı ola bilərdilər. Misal üçün, vaxtilə Liviyanın sabiq
diktatoru Müəmmər Qəzzafi daxildəki rəqiblərini susdurmaq üçün rus və
ukraynalı hərbi ekspertləri dəvət eləmişdi. Moskva bu plan üzərində
işləməklə açıq-aşkar Amerika nümunəsinə əsaslanır. Məsələ ondadır ki,
Vaşinqton artıq uzun illərdir ki, bütün dünya üzrə özəl ordulardan
istifadə edir. Belə ki, Ağ Ev hökumətinin göstərişi ilə onun əməkdaşları
Latın Amerikası ölkələrində narkotik ticarətinə qarşı mübarizə aparır,
Əbu-Dabidə isə şah ailəsini təhlükəsizliyinə cavabdehdir”.
korlanıb. Belə ki, onun əməkdaşları İraqda mülki insanlara işgəncə
verilməsi və onların güllələnməsində iştirak ediblər. Bu barədə isə
geniş ictimaiyyətə Wikileaks-in sayəsində məlum olmuşdu”, – deyə müəllif
fikrini tamamlayır.
analoqu olacaq bir hərbi qurum daha qorxulu şəkildə zühur edəcək.
Azərbaycan xalqının milli maraqlarının da bundan zərər görəcəyi istisna
deyil. Ən azı iki faktora görə: birincisi, Ermənistanda da Rusiya hərbi
kontingenti yerləşir və Qarabağda yeni savaşın başlayacağı təqdirdə
onların özəl (əslində başkəsən) ordu ilə əvəzlənəcəyi realdır.
diktəsi ilə MDB məkanındakı avtoritar və diktatura rejimlərinin
himayəçisi qismində çıxış edir. Yəni fors-major vəziyyətlərdə və ya
rəngli inqilablar zamanı belə rejimlərə gizlicə keyfiyyətli hərbi dəstək
vermək məsələsi. Yeri gəlmişkən, Rusiya Təhlükəsizlik Şurasının son
fövqəladə toplantısında prezident Putin bununla bağlı kifayət qədər açıq
mesaj verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=10154