Doqquzmərtəbəli binaya dırmaşan dəhşətli məxluq
Videonu çəkən şəxs heyrətdən qışqırır
“YouTube” sosial şəbəkəsindəki station922.mkv faylı cəmi 45
saniyəni əhatə edir. Videosüjet telefonun kamerası ilə çəkilib. Süjetdə
hündürmərtəbəli binanın pəncərəsindən qarşıdakı binanın mənzərəsi
sezilir. Hava qaralıb, yalnız binanın giriş qapılarında zəif işıqlar
yanır. Birdən qarşıdakı binanın divarlarında dəhşətli məxluq görünür.
Məxluq ucaboylu insanı xatırladır. Ancaq əlləri və ayaqları həddən artıq
uzundur. Səssizcə uzun əlləri ilə binaya dırmaşır, bir pəncərədən o
birinə boylanır. Ayaqları və əlləri gah uzanır, gah gödəlir. Videonu
çəkən şəxs heyrətdən qışqırır.
Süjetin 0:32-0:34-cü dəqiqələrində həvəskar müəllif “fikir
verin-məxluqun artıq 7 əl-ayağı var” deyir. Sonra məxluq divardan yerə
düşür (0:37-0:38-ci dəqiqə) və adi, arıq, lakin çox hündür (təxminən 2
metr) insan görkəmi alaraq uzaqlaşırBu fayl çıxandan sonra xüsusi
araşdırma qrupu çəkilişin aparıldığı yeri tapıb. Bu haqda informasiyalar
çox məhduddur və gizli saxlanır. Bircə bu məlumdur ki, bu, Moskvanın
ətraf rayonlarından biridir.
Araşdırmalar zamanı məlum olub ki, son 40 ildə bu rayonda 9 adam
evindən qəfil yoxa çıxıb. Onlardan ən sonuncusu isə bu çarx çəkilən günü
itkin düşüb. Həmçinin o da məlum olub ki, videoda heç bir texnikadan,
montajdan istifadə olunmayıb. Yəni, video saxta deyil. Hələlik,
ekspertlər bu məxluqa “Buratino” adı veriblər. (Publika.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=10155