Planetimizi mözüzə xilas edib

27.07.2014 - 01:24

Günəş qasırğası bəşəriyyətin varlığı
üçün dağıdıcı nəticələr verə bilərdi

 

NASA mütəxəssisləri təsdiq edirlər ki, 2012-ci ildə möcüzə sayəsində qəza Yer
kürəsindən yan ötüb. 2012-ci il iyulun 23-də Günəşdən çıxan iki plazma buludu
Yerin lap yaxınlığından keçib. Əgər bu hadisə bir neçə həftə əvvəl baş
versəydi, bu buludlar Yerə çatardı və “super Günəş qasırğası” planetin
sakinləri üçün dəhşətli nəticələr verərdi.

Həmçinin koronal kütlə tullantısı adlandırılan bu hadisənin texniki
nəticələri çox dəhşətli olardı. Belə ki, bu buludun yaratdığı maqnit sahəsi
Yerdəki bütün elektron kommunikasiyaları iflic edib sıradan çıxarar və Amerika
ekspertlərinin əmin etdikləri kimi, sivilizasiyanı bir neçə əsr geri atardı. Günəş qasırğası ticarət, nəqliyyat, kənd təsərrüfatı, ərzaq və yanacaq
anbarları, su təchizatı, səhiyyə, milli təhlükəsizlik və bəşəriyyətin varlığı
üçün dağıdıcı nəticələr verə bilərdi.

ABŞ Milli Elmlər Akademiyasının hesablamalarına görə, qasırğa dünya
iqtisadiyyatına iki trilyon dollardan baha – ABŞ-ın tarixində ən dağıdıcı
“Katrina” qasırğasından sonra çəkilən xərclərdən 20 dəfə artıq qiymətə başa
gələrdi, bütün dünyaya dəymiş ziyanın aradan qaldırılmasına isə illərlə vaxt
lazım olardı.

Ekstremal Günəş qasırğası hər yerdə elektrik nasoslarından tutmuş su
qurğularınadək bütün elektrik avadanlıqlarını sıradan çıxarardı.

Belə bir güclü Günəş qasırğası baş versəydi, Yerə ən əvvəl atmosferin yuxarı
təbəqələrini ionlaşdıran ultrabənövşəyi şüalar və rentgen şüaları çatardı və
dərhal radio, naviqasiya sistemləri sıradan çıxardı. Bir saatdan sonra isə
peyklərin elektron sistemlərini məhv edən elektronlar və protonlar Yerə gəlib
çatardı. Ertəsi gün koronal kütlə tullantısından çox böyük maqnitləşmiş plazma
buludu Yerə yaxınlaşardı və o zaman elektriklə işləyən nə varsa, hər şey
sıradan çıxardı.

Fiziklər 2012-ci il fenomenini “Kerrinqton hadisəsi” ilə – 1859-cu ilin
sentyabrında baş vermiş və bütün mərhələlərini qeydə almış İngiltərə fiziki
Riçard Kerrinqtonun soyadı ilə adlandırılmış Günəş qasırğası ilə müqayisə
edirlər. O zaman geomaqnit qasırğası bütün Avropada və Şimali Amerikada
teleqraf sistemlərini sıradan çıxarmışdı, dünyanın hər yerində, hətta Karib üzərində
şimal şölələri müşahidə olunmuşdu.

2014-cü ilin fevralında “Predictive Science Inc.” intellektual mərkəzinin
fiziki Pit Rayli “Space Weather” nəşrində “Fövqəladə kosmik hava şəraitinin
yaranması ehtimalı haqqında” sərlövhəli məqalə dərc etmişdir. O, son yarım
əsrdə baş vermiş Günəş qasırğalarının tezliyini təhlil etmiş və bunun əsasında
növbəti on ildə Yer üzündə eyni qüvvəyə malik qasırğanın baş verməsi
ehtimalının 12 faiz olduğunu bildirmişdir ki, bu da planetlərarası hadisələr
üçün son dərəcə yüksək göstəricidir. (anspress.az)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=10158

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31