İş adamı İbrahim Nehrəmlinin media maskasını cırdı
Elşad Məmmədov: “Mən heç vaxt şantaj etməmişəm, şər atmamışam, əksinə Hacı İbrahim məni şantaj edib, ölümlə hədələyib”
“Mən heç kimi şantaj etmirəm. Haqqımı tələb edirım. Hacı İbrahimdən
355 min manatımı almayana qədər geri çəkilən deyiləm. Pulla satın aldğı
qəzetlərdə hər həftə mirzələrinə barəmdə hədyanlar yağdırır. Ancaq ona
mirzəlik edən dırnaqarası jurnalistlər də bilməlidir ki, haqq-ədalət
mənim tərəfimdədi. Əgər dediklərimə inanmırlarsa, istənilən media
orqanında Hacı İbrahimlə debata çıxa bilərəm. Əlimdə olan sənədlər,
maliyyə qəbzləri, arayışlar hər şeyi sübut edir” – bunu iş
adamı Elşad Məmmədov onu şantajda ittiham edən və Hacı İbrahimin satın
aldığı qəzetlərdə barəsində gedən yazılara münasibət bildirərkən deyib.
Qeyd edək ki, “Bakı Xəbər” qəzeti bir neçə gün öncə Elşad Məmmədovu
Hacı İbrahimi şantaj etməklə hədələdiyini yazmışdı. Yazının müəllifi
iddia edir ki, Hacı İbrahimin iş adamına heç bir borcu yoxdu.
Elşad Məmmədov isə yazılanların yalan olduğunu deyir. Onun sözlərinə
görə, o həyatı boyu heç kimi şantaj etməyib.: “Hər şey ortalıqdadı.
Mənim kimisi şantaj etməyimlə bağlı bircə faktı sübut kimi ortaya
qoysalar bird aha bu mövzuya qayıtmaram. Əksinə, Hacı İbrahim həmişə
məni şantaj, təhdid edib. Bununla bağlı ölkənin hüquq-mühafizə
orqanlarına müraciətlər etmişəm. Onun mühafizəçisi dəfələrlə məni açıq
nömrədən həbslə, ölümlə hədələyib. Hacı İbrahim öz əlaltı qəzetlərinə
deyib ki, guya mən Gürcüstana qaçmışam, “Bandotdel”də olmuşam və orada
hər şeyi etuiraf etmişəm. Axı, belə bir şey olmayıb. Gürcüstana bir-iki
günlük getmişəm, ancaq bu qaçmaq deyil. Harasa getməyi Hacı İbrahim və
onun mirzələri qaçmaq hesab edirsə, onda birinci qaçan Nehrəmlinin
özüdü. Çünki hər ay bir ölkəyə istirahətə, pulla aldığı mükafatların
təqdimatına gedir. “Bandotdel”də də heç vaxt olmamışam. İndi baxın, kim
şantaj edir, kim şər atır, kimin hüquqları pozulub? Hacı İbrahim
qəzetlərinə deyir ki, guya mən onun üçün iş görməli, qapı-pəncəər
qoymalı imişəm və bunun müqabilində iki mənzil verəcəkdi. Bu da ağ
yalandı. İndiyə qədər heç zaman qapı-pəncərə biznesiylə məşğul
olmamışam. Əlimdəki maliyyə arayışı və ödədiyim qəbzlərdə də bu barədə
heç nə yazılmayıb. Sənədlərdə “Avesta” konserninə məxsus olan “Həsən-96″
MTK-dən 51 və 52 saylı iki mənzil almışam və bunun üçün 355 min manat
vəsait ödəmişəm. hanı qapı-pəncəə müqaviləsi? Əgər belə şey olsaydı Hacı
İbrahim satın aldığı qəzetlər kimi məhkəməyə, polisə sifariş verib
həbsə atdırmışdı”.
Elşad Məmmədov hacı İbrahimin mirzəsinin “özünü yandırdı”, “ağzını
tikdi”, indi də Prezident Administrasiyasının önündə “oturacaq”” fikrinə
də münasibət bildirdi: “Bəli, mən özümü yandırmaq istəmişəm. Bu kimisə
şantaj etmək deyil, haqqım uğrunda mübarizənin nəticəsiz və üç körpə
uşağımla kirayələrdə qaldığım üçün bunu etmək istəyirdim. Bu ilin
fevralın 1-də – 355 min manat verib iki mənzil aldığım günün iki ilin
tamamında intihar edəcəkdim. Baş prokuror yanında Korrupsiyaya qarşı
mübarizə idarəsinin rəisi Kamran Əliyev, şöbə müdiri vüqar Əliyev və
prokuror Nazir Quliyev qəbul edərək haqlı olduğumu bildirdilər. Məhkəmə
predmeti olduğu üçün Ali Məhkəmənin Pleniumunda hər şeyə ədalətlə
baxacaqlarına söz verdilər. yalnız bundan sonar mən fikrimdən daşındım.
Ağız tikmək məsələsinə qaldıqda isə 8 gün aclıq etmişəm. Bu barədə
ölkənin əksər media orqanları yazıblar. Sosial şəbəkələrdə, internetdə
istədikləri qədər məlumat əldə edə bilərlər. Hər iki cəhdim nəticəsiz
qaldı. Artıq heç kimin Hacı İbrahimlə bacarmadığını görüb ancaq bu işə
ölkə başçısı İlham Əliyev bir əncam çəkəcəyini düşünüb avqustun 3-də
12-də Prezident Administrasiyası önündə gecələyəcəm. Bəlkə ölkə başçısı
bu atdığım addımdan sonra başıma gələn haqsızlığa “dur!” dedi. Əgər
bunun da bir faydası olmasa, xarici ölkələrə müraciət edib sığınacaq
alacam. Çünki bu ölkədə yaşamaq, kiçik bir sahibkar üçün milyonları olan
Hacı İbrahimin əlindən yaşamaq mümkün deyil”
Short URL: http://www.cumhuriyyet.net/?p=10162