Erməni canlı yayımda müsəlman oldu

27.07.2014 - 05:00

Türkiyənin “Atv” kanalında canlı yayımlanan İftar proqramında din xadimi maraqlı bir hadisəyə şahidlik edib. ANS PRESS-in məlumatına görə, Türkiyənin tanınmış ilahiyyatçısı professor Nihat Hatipoğlunun geniş auditoriya qaşısında aparıcılıq etdiyi ramazan proqramında etdiyi söhbətlərdən, danışdığı mövzulardan təsirlənən erməniəsilli bir xanım canlı yayımda müsəlman olduğunu açıqlayıb.

Hatipoğlu onun bu addımını xoş qarşılayıb və qadından Allaha, onun peyğəmbərlərinə, mələklərə, göndərilən müqəddəs kitablara, axirətə və qədərə (alın yazısına) inanıb-inanmadığını soruşub. Qadın isə hamısına müsbət cavab verib və daha sonra din xadimi ilə birlikdə müsəlmanlığı qəbul etdiyini göstərmək üçün şəhadət gətirib. 

Qeyd edək ki, bu il təşkil edilən proqram boyunca din xadimi 3 nəfərin müsəlman olmasına vəsilə olub.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=10165

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31