Bakıda "99…909" nömrəli iki maşın toqquşdu
Bakının Nərimanov rayonu ərazisindıə yol qəzası baş verib. APA
TV-nin məlumatına görə, hadisə Ziya Bünyadov və Azadlıq prospektlərinin
kəsişməsində qeydə alınıb.
“Lexus” və “Audi” markalı avtomobillərin toqquşması nəticəsində bir
nəfər xəsarət alıb. Yol-Patrul Xidməti əməkdaşlarının hadisə yerində
apardığı ilkin araşdırma nəticəsində müəyyən edilib ki, “Lexus” markalı
avtomobil Z.Bünyadov prospekti ilə hərəkət edirmiş. Maşının sürücüsü
“Yol ver” nişanına əməl etməyib və Azadlıq prospekti ilə hərəkətdə olan
“Audi”ni vurub. Hadisə nəticəsində “Audi”nin sürücüsü xəsarət alıb. Onun
xəsarətinin yüngül olduğu bildirilir.
Qəza ilə əlaqədar Azadlıq və Ziya Bünyadov prospektlərinin
kəsişməsində tıxac yaranıb. Qəzaya uğrayan avtomobillər evakuasiya
edildikdən sonra nəqliyyatın normal hərəkəti tədricən bərpa olunub.
Qəzanın təfərrüatları araşıdrılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=10166