Baş nazir futbol oynadı
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iyulun 26-da İstanbulda Fatih Terim Stadionunun açılışında futbol oynayıb.

Cumhuriyyet.az “AzərTAc”a istinadla xəbər verir ki,
Türkiyənin əsas futbol liqası – Super Liqada çıxış edən İstanbulun
“Başakşəhər” klubunun oyunlarının keçiriləcəyi stadionun açılışını
qardaş ölkənin Baş naziri, prezident seçkilərində namizəd Rəcəb Tayyib
Ərdoğan edib.
Stadionun açılışından sonra ölkənin tanınmış
şəxslərinin yer aldıqları rəmzi “Narıncı” və “Ağ” komandaları arasında
matç keçirilib. Türkiyədə keçiriləcək 12-ci prezident seçkiləri ilə
əlaqədar 12 nömrəli formada “Narıncı” komandasının heyətində meydana
çıxan R.T.Ərdoğan üç qol vurub. Tamaşaçılar Baş nazir R.T.Ərdoğanın
qollarını böyük coşqu ilə qarşılayıblar.
Qarşılaşma narıncıların 9:4 hesablı qələbəsi ilə başa çatıb.
Baş
nazirlə yanaşı, oyunda oğlu Bilal Ərdoğan, gənclik və idman naziri Akif
Çağatay Kılıç, Türkiyə Futbol Federasiyasının rəhbəri İldırım
Demirörən, “Başakşəhər” Futbol Klubunun prezidenti Göksel Gümüşdağ və
digərləri də iştirak ediblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=10168