Öldürülən azərbaycanlı mer daha yüksək vəzifəyə gedəcəkmiş
Ötən gün səhər saatlarında qətlə yetirilən Ukraynanın Poltava
vilayətinin Kremençuk şəhərinin meri Oleq Babayev Poltava Regional
Dövlət Administrasiyasına rəhbərlik etməli idi.
məlumatına görə, evinin qarşısında naməlum şəxslər tərəfindən güllələnən
Babayevin yaxınları açıqlamalarında belə deyiblər.
Onların
sözlərinə görə, Kremençuk şəhərinin meri vəzifəsini icra edən Oleq
Babayev artıq bir neçə təsdiqlənmədən keçmişdi, gələn həftə isə Poltava
Regional Dövlət Adminstrasiyanın rəhbəri təyin edilməsi üçün görüşləri
planlaşdırılırdı.
Ukraynanın hüquq-mühafizə orqanları Kremençuq
şəhərinin meri Oleq Babayevin qətlə yetirilməsi ilə bağlı bir neçə
versiyanı nəzərdən keçirirlər. Poltava vilayəti üzrə DİN İdarəsinin
ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yuri Sulayev açıqlamasında
qətlin peşəkar, sahibkarlıq fəaliyyəti və yaxud şəxsi zəmində
törədilməsi kimi bir neçə ehtimalların mövcudluğunu bildirib.
Qeyd
edək ki, “Batkivşina” partiyasından keçmiş deputat olan Oleq Babayevin
49 yaşı var idi. O, 21 oktyabr 1965-ci ildə Kursk şəhərində doğulub.
Onun atası əslən Gəncə şəhərindən olub. 1990-cı ilin dekabrından Ukrayna
vətəndaşı olub. Almaniyadan gətirilən avtomobillərin satışı, dəri emalı
biznesi ilə məşğul olub. O.Babayev 2005-ci ildən “Vorskla”nın
prezidenti idi. Komanda ötən mövsüm Ukrayna premyer-liqasını 8-ci yerdə
başa vurmuşdu.
Babayev 26 iyulda səhər saat 10:00-da evinin qarşısında güllələnib. 3 güllə yarası alan mer yerindəcə keçinib.
Short URL: http://www.cumhuriyyet.net/?p=10169