Bakı-Tbilisi-Qars dəmir yolu və Qarabağ münaqişəsi

18.10.2017 - 17:18

Artıq Cənubi Qafqazda son illərin ən böyük nəqliyyat biznes layihələrindən biri hesab olunan Bakı-Tiflis-Qars dəmir yolunun işə  başlamasına sayılı günlər qalır. Dəmir yolu ildə 17 milyon ton həcmində yükdaşıma və 1 milyondan artıq sərnişindaşıma gücünə malikdir. İlkin  mərhələdə yükdaşıma həcmi 7 milyon ton olmalıdır. Aydın məsələdir ki,  dəmir yolu öz mahiyyətinə görə təkcə biznes layihəsi deyil, həm də siyasi layihədir.

Bildiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsi səbəbindən Ermənistan bu möhtəşəm layihədə iştirak etmir. Cənubi Qafqazın iki qonşu dövlətinin – Azərbaycan və Gürcüstanın dəmir yolu qovşağından birgə istifadə edəcəyi hər kəsə məlumdur. Bundan başqa, dəmir yolunun Gürcüstandan Qarsa tərəf gedən hissəsi ermənilərin kompakt yaşadığı Axalkalaki (Axırkələk) rayonu ərazisindən keçir. Belə olan halda, burada nələrin gözləniləcəyi və nələrin baş verəcəyi barədə qısaca analiz aparaq. Təbii ki,  Gürcüstanda yaşayan ermənilər də istər-istəməz bu yoldan istifadə edəcəklər.

Əgər indiyədək Axalkalaki erməniləri əsas iqtisadi  əlaqələrini Ermənistanın şimalında olan Şirak (Ağbaba- Şörəyəl) bölgəsi ilə yaradırdılarsa, indi bu əlaqələri Qars vilayəti ilə, yəni  Türkiyənin şərq bölgəsi ilə yaratmağa üstünlük verəcəklər. Bu isə, iqtisadi cəhətdən daha çox əziyyət çəkən Ermənistana və onun şimalında  yerləşən Şirak bölgəsinə növbəti iqtisadi zərbə olacaq. Bununla da Ermənistan Türkiyə ilə sərhədlərin açılmasi barədə son ümidlərini də itirəcək.

Amma son günlərin erməni mətbuatında heç də Azərbaycanın xeyirinə olmayan, özləri üçün daha nikbin fikirlərin söylənməsi vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər. Yəni bəzi erməni siyasətçiləri uzun müddət sakitlikdən sonra fikirlərini belə ifadə edirlər ki, Axalkalaki erməniləri vasitəsilə  Ermənistan da öz yüklərini Türkiyə vasitəsilə Avropaya çatdira bilər. Bu yol Gürcüstanın Batumi yolundan dəfələrlə yaxındır. Ermənilər düşünürlər ki: “Bu dəmir yolunun açılması elə bir növ Ermənistan ilə Türkiyə sərhədlərinin açılması deməkdir. Çünki, Axalkalaki erməniləri vasitəsilə  Ermənistan da öz yüklərini Türkiyə ərazisindən Avropaya çatdira bilər. Bu yol Gürcüstanın Batumi yolundan bir neçə dəfə yaxındır və Gümrü-Qars dəmir yolu ilə müqayisədə cəmi 40-50 kilometr fərqlidir”.

Bütün bunların reallaşması hələlik bir ehtimal olsa da Azərbaycan aparıcı qüvvə kimi ermənilərin bu fikrinə qarşı prinsipial və qətiyyətli addımlar atmağa hazır olmalıdır.

Dəmir yolunun Qarabağ münaqişəsinə təsiri məsələsinə gəlincə, onu demək lazımdır ki, son zamanlar Qarabağın erməni əhalisi arasında da müəyyən qruplar yaranıb ki, onların Ermənistan hakim dairələrinə və yerli rəhbərliyə qarşı narazılıqları açıq-aşkar artmaqdadır. Bu narazılıqlara Ermənistan mətbuatında da tez-tez rast gəlmək olar. Beləki, Ermənistanın ən papulyar “Hraparak” qəzetinin müxbiri Edik Andreasyanın yazdığı “Qarabağlıların minnətindən Allah uzaq eləsin” başlıqlı məqaləsində (http://hraparak.am/?p=143014&l=am/xarabaxcu+munatic+astvac+heru) qeyd etmişdir ki, Qrarbağda xüsusi qruplar peyda olubdur. Onlar Ermənistan qarşısında minnət qoyurlar ki, “Əgər Qarabağ məsələsini siz yaratmasaydınız biz Azərbaycanın bütün neft gəlirlərindən, Bakı-Ceyhan qaz kəmərindən və Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istədiyimiz kimi faydalanmış olardıq”.

Yəqin ki, Bakı-Tiflis-Qars dəmir yolunun işə başlamasından sonra da Qarabağda sağlam düşüncəli qüvvələrin sayı getdikcə artacaq və onlar separatçı soydaşlarının hələ də səhv yolda olduqlarını təsdiqləyəcəklər.

Bir sözlə, sonda belə qənaətə gəlmək olar ki, dəmir yolu layihəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə də öz müsbət təsirini göstərməklə yanaşı, həm də Cənubi Qafqazda ümumi iqtisadi məkanın yaranmasına da   səbəb olacaq.

İSMAYIL  TANRIVERDİ

BDU-nun Erməni araşdırmaları Elmi-Tədqiqat və Tədris Mərkəzinin rəhbəri

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=101777

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930