Müsəlmanlara səfərbərlik çağırışı edildi
Dünya Müsəlman Alimlər Birliyi bütün dünya xalqlarını çağırış
edib. ANS PRESS-in məlumatına görə, Dünya Müsəlman Alimlər Birliyi təkcə
islam ölkələrini deyil, eləcə də bütün dünya xalqlarını Qəzzaya dəstək
olmağa çağırıb.
Birliyin sədri Yusif əl-Qaradavi və baş katibi Əli Qaradağinin
imzasıyla təqdim edilən yazılı açıqlamada, Qəzza xalqına dəstək olmağın
vacib bir vəzifə olduğu qeyd edilib. “İslam və Ərəb dünyasının içində
olduğu bu çətin vəziyyətdə Qəzza xalqına dəstək olmaq üçün bütün
müsəlmanları səfərbər olmağa çağırırıq” – deyə açıqlamada
bildirilib. Həmçinin, açıqlamada İsrail ordusunun Qəzzadakı müsəlmanlara
dəstək məqsədilə Qüds və Qərbi Şəriyədə nümayiş keçirənlərə qarşı güc
tətbiq etmələri də kəskin şəkildə qınanılıb. Daha sonra isə bütün dünya
ölkələrindən Qəzzadakı hücumların təcili olaraq dayandırılması üçün
çağırışlar etmələri istənilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=10186