Azərbaycanlı iş adamı Rusiyada öldü
Şərifov Rəhman Qalaktika Gəmiqayırma zavodunun rəhbəri olub
Ötən gün Astraxanda azərbaycanlı iş adamı Şərifov Rəhman çayda boğularaq vəfat edib.
Mərhumun yaxını Samir Əlizadənin ANS PRESS-ə verdiyi məlumata görə, mərhum Qalaktika Gəmiqayırma zavodunun rəhbəri olub.
Ş.Rəhman 20 ildən artıqdır ki, Azərbaycan, Qazaxstan və Rusiyada Gəmiqayırmada zavodunda mühəndis vəzifəsində çalışıb.
1994-cü ildən etibarən isə bir neçə şəxsi biznesini qurub.
Qeyd edək ki, Şərifov Rəhman 1960-cı il mart ayının 8-i Yevlaxda
anadan olub. 1982-ci ildə Odessada Gəmiçilik universitetini bitirib.
Ailəli olub və üç oğlu var.
Short URL: http://www.cumhuriyyet.net/?p=10188