İŞİD azərbaycanlılara İstanbul məscidlərində təlim keçib Suriyaya göndərir

28.07.2014 - 14:30

“İraq və Şam İslam Dövləti” (İŞİD) İstanbul məscidlərini
işğal edib və Azərbaycan vətəndaşlarına bu məscidlərdə təlimat keçərək
Suriya və İraqa yola salır.

Virtualaz.org xəbər verir ki, bu məlumatı
Türkiyədə cəfərilər təriqətinin (şiəliyin qolu) liderlərindən olan
Əhlibeyt Alimləri Dərnəyinin başqanı Hasan Kanaatlı “Cümhuriyyet”
qəzetinə verib.

Hasan Kanaatlı deyib ki, İŞİD İstanbulun Fatih, Ataşehir. Esenyurt və
Bağçılar bölgəsində bir sıra məscidləri nəzarət altına alıb.
Azərbaycandan gətirilən gənclər bu məscidlərdə təlimtlandırılıb Suriyaya
yola salınır.

Dərnəyin başqanı bildirib ki, Türkiyə şiələri üçün İŞİD təhdidi getdikcə artır.

“İnsanlarımız öz təhlükəsizliklərini özləri təmin etmək istəyirlər.
Deyirlər ki, qadınlarımıza təlim keçək, silahlanaq, növbə çəkək, bunları
təqib edək. Biz mane oluruq. Daxili işlər naziri Afkan Aladan görüş
istədik, ancaq 10 gündür cavab ala bilmirik. Bizi qəbul etsəydi mühafizə
istəyəcəkdik” – deyə cəfəri lider bildirib.

Məlumata görə, bir neçə gün əvvəl cəfərilərin Məhəmmədiyyə məscidinə
hücum olub və dağıdılıb. Bu hücumun İŞİD tərəfindən həyata keçirildiyi
təxmin edilir.

H.Kanaatlı deyib ki, hadisədən əvvəl İŞİD üzvlərinin onları necə hədələdiyini eşidiblər.

“Sizə burada azan oxutmağa imkan verməyəcəyik” deyiblər. İŞİD-in
güclü olduğu bölgələrdən biri də Fatihdir.  Bağcılarda mağaza açıblar,
şiələr əleyhinə broşüralar paylayırlar. Ataşehir səmtində dərnəklər
qurublar. Medinə Camisi mərkəzləri onların nəzarətindədir. Azərbaycandan
gətirdikləri gəncləri orada 2-3 gün qonaq edirlər, təlimat keçib
Suriyaya göndərirlər. Cübbə geyindirirlər. Ötən gün Suriyadan birinin
cənazəsi gəldi. Ataşehirdən idi, iki uşağı vardı. Dövlətin bu işlərdən
xəbərinin olmaması mümkün deyil” – deyə cəfəri lider bildirib.

H.Kanaatlı deyib ki, bir gün evinin balkonunda oturanda küçədən keçən
vəhhabilərin “Suriyada, İraqda, həmdolsun, şiələri çox yaxşı
gəbərdirlər. Burada da başlasaydı…” deyə ona sataşdıqlarını eşidib.

Şiə lideri deyib ki, həyatı üçün narahatdır və mühafizəçilərlə təmin olunmasını istəyir.

Short URL: http://www.cumhuriyyet.net/?p=10191

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31