Bakıda dəhşətli qətlin üstü açıldı

28.07.2014 - 16:26

Üç gün əvvəl meyiti tapılan şəxsin kimliyi dəqiqləşib.

Bakıda törədilən qətlin üstü açılıb.

Cumhuriyyet.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən APA-ya
verilən məlumata görə, iyulun 25-də Q.Qarayev prospektində üzərində zor
əlaməti görünən (baş nahiyəsinin küt alətlə əzilmiş xəsarət olan)
təxminən 35-40 yaşlarında naməlum kişi meyiti aşkar edilib.

Daxili İşlər Nazirliyinin Baş Cinayət
Axtarış İdarəsi, BŞBPİ-nin Cinayət Axtarış İdarəsi, Nizami Rayon Polis
İdarəsinin 25-ci Polis Bölməsi və Rayon Prokurorluğu əməkdaşlarının
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qətlə yetirilən
şəxsin Gürcüstan vətəndaşı, 1966-cı il təvəllüdlü Zviadi Kentçoşvili
olduğu müəyyən edilib.

Hadisəni törədən Bakı şəhər sakini, əvvəllər
məhkum olunmuş 1983-cü il təvəllüdlü Emil Xudaverdiyev isə
respublikadan qaçmaq istəyərkən Qazax sərhəd keçid məntəqəsində
saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Qeyd edək ki, iyulun 25-də metronun
“Koroğlu” stansiyası yaxınlığında yerləşən körpünün altında 35-40
yaşlarında kişinin meyiti tapılıb. Onun naməlum şəxs və ya şəxslər
tərəfindən başına “kubik”lə vurularaq qətlə yetirildiyi məlum olub.

Bakıda dəhşətli qətlin üstü açıldı

 

Short URL: http://www.cumhuriyyet.net/?p=10194

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31