Ermənilər Əlibəylini atəşə tutur – kənd sakinləri təşviş içində

28.07.2014 - 23:18

23:30

Musavat.com-un verdiyi son məlumata görə, hazırda Əlibəyli kəndində sakitlikdir. Düşmən cavab atəşilə susdurulub.

*   *   *   *

 

23:00

Aldığımız son məlumata görə, hazırda Tovuzun digər sərhəd kəndi
olan Ağdam da erməni silahlı birləşmələri tərəfindən intensiv atəşə
tutulur. Ara-sıra ordumuz tərəfindən cavab atəşi açılsa da ermənilər
buna məhəl qoymurlar. 
Atışma bu dəqiqələrdə də davam edir.

*   *   *   *
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən
gərginləşib. Yerli sakinlərin musavat.com-a verdiyi məlumata görə, bu
gün axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli kəndi
Ermənistan silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulub. 
Sakinlər bildirir ki, artıq iki saatdır ki, 10-15 dəqiqə
fasilələrlə erməni silahlı birləşmələri kəndi iri çaplı silahlardan
atəşə tutur. 

İtki barədə heç bir məlumat yoxdur.

Əlavə məlumat verəcəyik

Short URL: http://www.cumhuriyyet.net/?p=10199

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31