KXCP Azərbaycan xalqını təbrik edib
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ramazan bayramı münasibətiylə xalqımızı təbrik etmişdir.
Təbrikdə deyilir:
Əziz müsəlman bacı qardaşlarımız, hörmətli soydaşlarımız.
Əsrlərdir mənəvi varlığımızın əsas qaynağlarından
olan İslamın müqəddəs aylarından biri- Ramazan ayı başa çatır. Hər
birimiz bu uzun yay günlərində üzərimizə düşən ilahi borclardan birini
sonsuz inam, səbr və sevinclə icra etdik və bütün müsəlmanlarla birlikdə
Ramazan bayramını keçirəcəyik.
İslami dəyərlərimizə və milli adətlərimizə uyğun
olaraq yaxınlarımızla bayramlaşacaq, böyüklərimizin əlindən,
kiçiklərmizin alnından öpərək bayram sevincini paylşacaq, imkanımız
yetdikcə ehtiyacı olanlara yardım edəcək, incidiklərimizi bağışlayacaq,
məzarlarını ziyarət edəcəyimiz əzizlərimizə və bütün şəhidlərimizə
rəhmətlər oxuyaraq allaha dualar edəcəyik.
Çox təəssüf ki, bayram sevinci ilə bərabər
yaşadığımız bu günlərdə islam adı altında İraqda, Suriyada və digər
müsəlman ölkələrində milyonlarla müsəlmanın məruz qaldığı terror,
təcavüz, repressiyalar yaşanmaqda, Fələsitində müsəlman qətlamlarının
acısını dadmaqdayıq. 57 ölkəni təmsil edənİslam Əməkdaşlıq
Təşkilatınınsusqunluğunu, 200-ə yaxın dövləti təmsil edən Birləşmiş
Millətlər Təşkilatınınvə bir çox beynəlxalq təşkilatların insan
haqlarını alverə çevirən siyasətlərinin ağrılı nəticələrini, bəzi
müsəlman dövlətlərinin terrora dəstək verən siyasətlərini həzmetməkdə,
aparıcı demokratk dövlətlərin “səbrlərinin”, siyasi və ictimai
qurluşların “uzaqgörənliklərinin” acı nəticələrini yaşamaqdayıq.
Təəssüflərki,dualarımızla kifayətlənərək bu
fəlakətləri yaradanlarla, bu dəhşətləri siyasi alverə çevirənlərlə, bu
acılara göz yumanlarla bir sırada görünməkdəyik.
Əziz müsəlman bacı qardaşlarımız, hörmətli sodaşlarımız.
Ramazan bayramınızı təbrik edir, dualarınızın qəbul olunmasnı Allahdan təmənna edirik.
Müsəlman dünyasını bütün bəşəriyyətdə, həmçinin
islam dünyasında terrora, təcavüzə və represiyalara son qoyulması,
haqqın, ədalətin və demokratiyanın bərpası üçün etdikləri dualara uyğun
fədakar mübarizəyə səsləyirik.
Short URL: http://www.cumhuriyyet.net/?p=10200