Ərdoğan İŞİD terrorçularını dəstəkləyir
Türkmən qaçqınlar, IŞİD-in qırğınından qaçdıqlarını, hücumda çox sayda yaxınlarını itirdiklərini söylədilər. Telaferli Türkmənlər, IŞİD xadimləri arasında çox sayda adamın Türkcə danışdıqlarına şahid olduqlarını dilə gətirdilər. Türkmənlər, IŞİD düşərgələrində aralarında Türk Qızıl ayparasın çadırlarının da olduğu, çox sayda Türkiyədən gələn vəsait təsbit etdiklərini ifadə edir. Daha əvvəl İraq ordusunun Telaferdə ələ keçirdiyi IŞİD düşərgəsində Türk Qızıl ayparasına aid çadırların görüldüyünü xatırladan Türkmənlər, terror təşkilatının indi özlərinə gələcək və Türk xalqına dərd olacağını irəli sürdü.
CANLARINI QURTARMAQ ÜÇÜN KƏRKÜKƏ SIДћINIRLAR
Telaferdən Kərkükə hər gün çox sayda Türkmən canını qurtarmaq üçün sığınır. Kərkük şəhər girişində pərişan vəziyyətdəki Türkmənlərin halı qarşısında duyğulanan bir polisin gözyaşını tuta bilməməsi isə diqqət çəkdi. Yaxınlarını itirən qadınların fəryadları isə ürəkləri dağladı. Çarəsiz olduqlarını söyləyən Telaferli bir qadın, “Dərdimizi kimə izah edəcəyik. 3 dənə qızımı evdə öldürdülər. Kimsəyə səsimizi eşitdirə bilmirik.” şəklində fəryad etdi.
“BUNLARI ƏRDOДћAN DƏSTƏKLƏDİ VƏ BAŞIMIZA DƏRD ETDİ”
Bir başqa Telaferli qaçqın isə IŞİD-i Baş nazir Ərdoğanın özlərinə dərd etdiyini irəli sürərək, “Ərdoğan, bunları sən dəstəklədin və başımıza müsəllət etdin. Bu Ramazanda kafirlər insanlarımızı kəsirlər. Ərdoğanın dəstəklədiyi bu terroristlərdən bir gün hesab soruşacağıq. Unutmayın bu terror təşkilatı bir gün də Türk millətinə müsəllət olacaq.” deyə hayqırdı.
“ƏRDOДћAN SƏDDAMIN BAŞINA GƏLƏNLƏRDƏN KAŞ Kİ İBRƏT GÖTÜRSƏYDİ”
Baş nazir Rəcəb Tayyib Ərdoğanın hər vaxt IŞİD-in imdadına çatdığını irəli sürən Kövsər Bəşirli adlı Telaferli isə,” İnsafı olan Müsəlman Türk xalqı gəlsin burada halımızı görsün. Ərdoğan, Səddamın başına gələnlərdən kaş ki, ibrət götürsəydin. Zalımların ipi qısadır. Hər fani insan kimi hesab verəcəksən. Öz xalqın bunların hesabını səndən bir gün soruşacaq. Sənin IŞİDi dəstəklədiyinə dair əlimizdə sənədlər var. IŞİD-in əlindəki Türk silahlarını və Türk çadırlarını öz gözlərimizlə gördük. IŞİD xadimləri bizimlə Türkcə danışırdılar.” dedi.
Short URL: http://www.cumhuriyyet.net/?p=10203