Bayramda bazar od tutub yanır

29.07.2014 - 12:30


Bir ay boyunca tutulan orucdan sonra hamı gözəl bayram süfrəsilə Ramazanı qeyd etmək istəyir.
Cumhuriyyet.az-ın ans-ə istinadən məlumatına görə, istəklərlə maddi imkanların
uyğun gəlib-gəlmədiyini bilmək üçün paytaxt bazarlarına üz tutduq.
Bakının müxtəlif bazarlarında apardığımız müşahidələr zamanı məlum oldu
ki, mövsümü meyvələrdə qiymət artımı hiss olunur.
Alıcının sözlərinə görə, bazar od-tutub yanır: “Göyəm 1 AZN, şaftalı 1 AZN 50 qəpiyə bahadır. Bahalıqdır bazara girmək olmur”.
Üzüm, alma və armudun bir kiloqramının qiyməti 1 AZN-dən başlayır. Hazırda ən çox tələbat hiss olunan şaftalıda da bahadır.
Bayram süfrəsinin bəzəyi olan plov bişirmək istəyənlər müəyyən mənada
artıq pul xərcləməli olacaq. Kişmişin kilosunu 4-10 AZN, “qaysı”nı isə
4-6 AZN-ə almaq olar. Şabalıdın qiyməti isə 8-10 AZN arasında dəyişir.
Ramazan ayının gəlişilə xurmaya tələbat artıb. Xurmanın növləri və
qiymətləri, gətirildikləri ölkələr kimi müxtəlifdir. 2 AZN-dən 17 AZN-ə
kimi. Hətta bir kiloqramı 20 AZN-ə də xurma tapmaq mümkündür.
Dəyişməz qalan isə ətin qiymətidir. Belə ki, mal əti 5-6 AZN arasında
dəyişirsə, qoyun ətinin qiyməti 7 AZN-dən başlayır. Bununla yanaşı
kartof, soğan, badımcan və lobyanın qiyməti sabit qalıb. Ramazandan
əvvəl 1 AZN 50 qəpiyə satılan pomidor, hazırda 50 qəpiklə 1 AZN
arasındadır. Xiyarın isə hətta 3 kiloqramını 1 AZN-ə almaq olar.
Süni qiymət artımının qarşısının alınması işini isə İqtisadiyyat və
Sənaye Nazirliyi nəzarətdə saxlayır. Nazirlik isə bəyan edir ki,
qiymətləri süni artıranlar cəzalandırılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=10204

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31