İldırımla selfi çəkdirən cütlük hər kəsi heyrətləndirdi

29.07.2014 - 12:36

 

 

“Bəxtimiz gətirdi ki, ildırım üzərimizə yox, arxamıza düşdü”.

Meksikada maraqlı hadisə baş verib.

Cumhuriyyet.az ans-ə
istinadən xəbər verir ki, tətilə çıxan cütlük selfi çəkərkən
yaxınlıqlarına ildırım düşüb. Gəzintilərini bir foto ilə ölümsüləşdirmək
istəyən gənclər ildırımın düşməsi ilə özlərini itiriblər. 

Daha sonra çəkdikləri görüntünü sosial şəbəkəyə yerləşdirən cütlük bu video ilə hərkəsi heyrətləndiriblər. 

Luis Morales Fukutake adlı oğlan görüntünün altında şərh yazaraq hadisə bərəsində danışıb:

“Gəzintiyə çıxmışdıq. Qasırğa xəbərdarlığı
edildikdən sonra dənizdən çıxdıq. Bölgədən ayrılmadan son bir kadr
çəkmək istədik. Təbiətdəki bu qeyri-adi anları bir selfi ilə
ölümsüzləşdirmək istəyərkən birdən ildırım çaxdı. Bəxtimiz gətirdi ki,
ildırım üzərimizə yox, arxamıza düşdü”.

Qeyd edək ki, bu görüntülər sosail şəbəkələrdə böyük marağa səbəb olub.

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=10205

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31