Obamadan bayram mesajı
ABŞ prezidenti Barak Obama Ramazan bayramı münasibətilə müsəlmanlara bayram təbriki mesajı ünvanlayıb.
Cumhuriyyet.az-ın
anspress-ə istinadən məlumatına görə, ABŞ-da, eləcə də dünyanın dörd bir
tərəfində müsəlmanların Ramazan bayramını qeyd etdiyini vurğulayan ABŞ
prezidenti Barak Obama, özü və xanımı Mişel Obama adından ən xoş
diləklərini çatdırıb.
O, təbrik mesajında bunları qeyd edib:
“Ramazan ayı – oruc, ruhun təmizlənməsi və yoxsullara kömək zamanıdır.
Bu ayda insanlıq olaraq bizi birləşdirən dəyərlər xatırlanır.
Ramazan bayramı, bizə ABŞ-da yaşayan müsəlman amerikalılarının saysız
uğurlarını və cəmiyyətimizdəki rollarını xatırladır. Bu səbəblə də həm
burada, həm də dünyanın harasında olursa olsun, insanların sakit və sülh
şəraitində yaşamağı üçün atdıqları addımları dəstəkləyirik.
Hökumətim adından ABŞ-da və dünyanın müxtəlif yerlərində yaşayan
müsəlmanların Ramazan bayramını təbrik edir, dinc və xoşbəxtlik içində
yaşamalarını arzu edirik.”
Short URL: http://www.cumhuriyyet.net/?p=10207