Bakıda partlayan su borusu tıxac yaratdı
Biləcəri qəsəbəsində aparılan inşaat işləri zamanı ərazidən keçən su borusu zədələnib, 4 metr hündürlüyündə fontan meydana gəlib

ANS
TV-nin məlumatina görə, hadisə Binəqədi rayonu ərazisində baş verib.
Biləcəri qəsəbəsində aparılan inşaat işləri zamanı ərazidən keçən su
borusu zədələnib və bundan sonra borudan 4 metr hündürlüyündə fontan
vurmağa başlayıb.
Bir neçə dəqiqədə partlayan su borusu
yaxınlıqdakı ərazidən keçən Bakı-Sumqayıt yolunda nəqliyyatın
hərəkətində problemlər yaradıb.
Bəzi sürücülər üçün bu hal
problemə çevrilsə də, partlayan borudan sözün həqiqi mənasında
sui-istifadə edənlər də tapıldı. Borudan çıxan su aylardır avtomobilini
yumayan bəzi sürücülərə avtoyuma xidmətindən pulsuz yararlanmağa imkan
yaratdı.
Ərazidə inşaat işləri aparan şirkətin nümayəndələri bir
neçə dəfə cəhd etdikdən sonra partlayan borudan çıxan suyun qarşısını
ala bildilər.
Qeyd edək ki, məhz bu boru vasitəsilə Ceyranbatan gölündən ötürülən su bir neçə rayon ərazisinə paylanılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=10209