Vladimir Putinin hamıdan gizli tərəfləri
Rus diktatorunun bir günü haqda ən ilginc məqamlar

səhər yeməyi olduğu qədər sadədir. Kəsmik menyuda hər zaman dəyişilməz
olaraq qalır. Sobada bişirilən yeməklər isə kifayət qədər yüksək qida
dəyərinə malikdir: omlet, bəzi hallarda isə sıyıq. O, bildirçin
yumurtasını çox sevir. Meyvə suyu içir. Prezidentin qidası hər zaman
təravətlidir: onun sevdiyi ərzaqlar V.Putinə hər zaman Rusiyanın dini
lideri, patriarx Kirillin şəxsi təsərrüfatından göndərilir.
Sonra
isə prezident qəhvəyə qonaq edilir. Saray
əyanları artıq dəvət edilib lakin, onun bu ilk iki saatı üzgüçülüklə
məşğul olmağa ayrılıb. Prezident suda yalnızlıqda zaman keçirməyi
xoşlayır. O, öz eynəyini geyinir və enerjili bir şəkildə qayığında
üzməyə başlayır. Onun siyasi müşavirləri hesab edir ki, məhz elə həmin
vaxt O, Rusiya haqqında düşünür.
Bu
vaxt isə saray əyanları xüsusi lak örtüyü ilə bürünmüş qəbul otağında
əyləşərək, lətifələr danışmaqla vaxtını boş yerə keçirməklə məşğul olur.
Vladimir Putin çox nadir hallarda əyanların yanına gecikmədən çıxır.
Onlar deyir ki, bu üç-dörd saatlıq gözləmə nazirlər üçün normal hesab
olunur. Vladimir Putin xüsusən onun üçün Rusiya kanallarının xəbərlər
proqramının göstərildiyi idman zalında zaman keçirməyi çox sevir.
Vladimir Putin qantellərə velotrenajordan daha çox üstünlük verir.
Bir
qədər idman etdikdən sonra hərdənbir O, kitab da oxuyur. Bütün iş isə
burasındadır ki, prezident gecə saatlarınadək işləməyi xoşlayır. O, öz
tabeçiliyindəki məmurları fikirlərinə tam aydınlıq çökdüyü – bir qədər
gec, hər şey aşkar və aydın olduğu zaman çağırır. Onu hər şeydən çox
tarixlə bağlı kitablar maraqlandırır.
Rusiya
lideri bu kitabları çox diqqətlə oxuyur. Söhbət əsasən İvan Qroznı, II
Yekaterina və I Pyotr haqqındakı sanballı cilddə kitablardan gedir.
Lakin,
hərdən bəzi dedi-qodular da yayılmağa başlayır: Prezident roman oxuyub.
Deyilənə görə, 2006-cı ildə O, fəhlə sinifinə mənsub olan insanların
əvvəlcə çeçen və polisləri döydüyü, daha sonra əllərində avtomatla
qubernatorun iqamətgahını zəbt edərək oradan satqın oğruları qovduğundan
bəhs edilən döyüş romanı oxumuşdu. Söhbət isə Zaxar Prilepinin “Sankya”
romanından gedir.
Onun
oxucu zövqü ilə tanış olduqlarını iddia edənlər bildirir ki, Rus
torpaqlarını birləşdirən II Vladimirdən bəhs edən 2054-cü ilin xəyali
Latın Amerikası tarixçisinin təsvir edildiyi “Üçüncü imperiya” romanı
prezidentin ürəyincə olub. Lakin, prezidentin yaxın ətrafı bu barədə
ətraflı bəhs edə bilmir.
Bundan
sonra prezident tələsmədən öz səhər prosedurlarını yekunlaşdıraraq,
növbə ilə həm soyuq, həm də isti duş qəbul edir, daha sonra geyinir.
Prezident yalnız konservativ rənglərdə, xüsusi sifariş əsasında tikilmiş
kostyumları geyinməyə üstünlüm verir. Prezidentin qalstukları bir qayda
olaraq tünd rənglərdə olur.
Və
budur, hakimiyyət vaxtı gəlib-çatır. Günün ikinci yarısı informativ
sənədlərə həsr edilib. Bu hərəkət əsas etibarilə, ağacdan hazırlanmış
ağır yazı masası arxasında baş verir. Prezidentin iş otaqlarında bir
dənə də olsun monitor yoxdur. Vladimir Putin yalnız ən etibarlı və
mühafizə olunan texnikadan: sənədlərlə dolu qırmızı qovluq və sovet
dövründən qalma stasionar əlaqə telefonlarından istifadə edir.
Ev
sahibi gününü üç ağır dəri qovluqdakı sənədlərlə tanış olmaqdan
başlayır. Onlardan birincisini – daha dəqiq, daxili cəbhədəki
hadisələrin hesabatını Federal Təhlükəsizlik Xidmətinin Əks-Kəşfiyyat
İdarəsi, ikinci qovluğu, yəni – beynəlxalq aləmdə baş verənlərin
hesabatını Xarici Kəşfiyyat Xidməti hazırlayır. Üçüncü qovluqda isə
Federal Mühafizə Xidməti tərəfindən hazırlanmış sənədlər təqdim olunur.
Prezident
informasiya maniyasından əziyyət çəkir. Onun şəxsi göstərişi ilə ən
ağır qovluqda kəşfiyyat hesabatları deyil, mətbuat səhifələrindən
çıxarışlar yer alır.
Əvvəlcə
prezident rus mətbuatından olan seçmələrlə tanış olur. İlk sırada ən
önəmli qəzetlər yer alır: Bu, əsasən “Komsomolskaya Pravda” və
“Moskovskiy Komsomolets” kimi ehtiras doğuran ümummilli məlumatların yer
aldığı qəzetlərdir. Onları milyonların oxuduğuna görə, bu qəzetlər ən
önəmli mətbuat orqanları hesab olunur. Başlıqlar, qeybət guşələri, sibir
qatarında baş verən sonuncu qəzaya olan reaksiyalar – bütün bunlar
işçilərin əhvalında təzahür edir.
Daha
sonra prezident yüksək keyfiyyətli rus mətbuatına keçir alır: bunlar
isə yüngül senzuraya məruz qalan “Vedomosti” və “Kommersant”
qəzetləridir. Bu isə Kreml sarayı üçün çox vacibdir: bu qəzetin
səhifələrində yer alan qeybət, onun şəhçiləri və təhlilidir. Prezident
Andrey Kolesnikovun özü haqqında “Kommersant” qəzetində yazdığı yazılara
xüsusi diqqət ayırır. Saray əyanları deyir ki, prezident bu cür
yazıları sonuna qədər oxuyaraq, onlardan daha çox zövq alır.
Bunun
ardınca isə ən az əhəmiyyət kəsb edən qovluqlar: xarici mətbuat gəlir.
Onlardan seçmələri isə Prezident Administrasiyası Xarici İşlər Nazirliyi
hazırlayır.
Adı
çəkilən qurumlar bəd xəbərləri prezidentdən gizlətmir. Onlar
prezidentin əcnəbilərin onunla necə manipulyasiya bilməli olduğunu
vurğulayır. Lakin, prezidentin nəzərində yüksəlmək üçün onlar həmçinin
Vladimir Putinin hələ DTK agenti kimi Drezdendə çalışdığı dövrlərdə
mükəmməl olaraq yiyələndiyi alman dilində yazılmış məqalələri öz
orijinal versiyasında ona təqdim edirlər.
Bu
arada saray əyanları gözləməkdə davam edir. V.Putin xüsusi video-əlaqə
vasitəsilə onların necə dedi-qodu ilə məşğul olduğunu, işsizlikdən
gileyləndiyini və ya sevimli kompüter oyunları oynadığını izləməyi çox
sevir. Lakin, prezident onlara fikir vermir və sadəcə, hesabatların
üzərində işləməkdə davam edir.
Vladimir
Putin çox nadir hallarda internetdən istifadə edir. Monitor daxilində
monitor və mətnlə dolu sətirlər onun diqqətini yayındırır. Lakin,
vaxtaşırı müşavirləri ona internetdə yerləşdirilən bəzi
videomaterialları nümayiş etdirir, çünki, prezident özünün necə
məsxərəyə qoyulduğundan xəbərdar olmalıdır. Onun həyatı hər hansı bir
xüsusi mərasimi xatırladır: Onun qızıl örtüyə bürünmüş sonsuz sayda
otaqları var. Vladimir Putinin gün bölgüsü hər biri 15 dəqiqədən ibarət
olan minlərlə hissəyə bölünür və ən azı aylarla hətta, illərlə
planlaşdırılır. Materialların səhər icmalından sonra ona qartal təsviri
ilə bəzədilmiş xüsusi qovluqlarda günlük cədvəl təqdim olunur. Onlarla
tanış olduqdan sonra prezident plan üzrə hərəkət edir: çöhrəsində
təbəssüm və sevinc olmadan.
Əsas
etibarilə, bütün bu görüşlərin hamısı mənasızdır. Elə insanlar da var
ki, ona xüsusi hörmət və ehtiramını bildirmək üçün gəlirlər. O, Bəhreyn
vəliəhdini qəbul edir, Udmurtiyadan olan əmək qəhrəmanlarına medallar
təqdim edir və ya federal aerokosmik sənayenin rəhbərliyinə yeni
təyinatları nəzərdən keçirir.
Prezident
Moskvada yaşamır. O, bu şəhəri sadəcə olaraq, sevmir: nəqliyyatın sıx
hərəkəti, çirkləndirilmiş havası, insan sıxlığı V.Putinə görə deyil.
İqamətgah kimi O, özü üçün Novo-Oqaryovo rayonunda yerləşən sarayı
seçib. Onun yaşadığı ev burada, qızıl divarlar, göydələnlər və nəhəng
ticarət mərkəzlərindən kənardan yerləşir. Prezidentin evi şəhər
kənarında, park zonasında yerləşir.
Sarayın
özündən Kreml-ə qədər olan məsafə 24 kilometr təşkil edir. Prezident
buradakı iqamətgahına getməyə qərar verdiyi zaman onun hərəkət marşrutu
üzrə yollar bağlanır və avtomobillərdən tamamilə təmizlənir. O, 25
dəqiqə ərzində Kreml-ə gedib çatır, bu vaxt ərzində isə şəhərdə tıxac
yaranır.
Vladimir
Putin Kreml-ə getməyi sevmir, bunun əvəzində isə öz iqamətgahında
çalışmağa üstünlük verir. 2012-ci ildən etibarən Vladimir Putin özünün
Moskvadakı görüş və müşavirələrinin sayını minimuma endirib: söhbət
xüsusilə təsir bağışlamağın gərəkdiyi rəsmi şəxslərlə görüşlərdən və ya
kristal çilçıraqlı və söyüd ağacı hündürlüyündə olan aynalı zallarda
keçirilən görüşlərdən gedir. İşə və yenidən evə getmək onu qıcıqlandırır.
Prezident
hətta, şənbə və bazar günləri də məşğuldur. İstirahət günlərində onun
iş qrafikində təxirə salınan görüşlər meydana çıxır, lakin, hərdən bir
nahar vaxtından sonra prezidentlə xüsusi məşğələlər keçirilir. Xüsusən
də bu cür məşğələlər ingilis dilini əhatə edir. Müəllim Vladimir Putin
üçün çətinlik törədən söz və ifadələrin mənimsənilməsində ona yardımçı
olur – onlar birlikdə mahnılar oxuyur. Deyilənə görə, bəzi hallarda
istirahət günlərdində prezident ibadət edir və ya sirlərini keşişlə
bölüşür. Amma, patriarxın dəftərxanasıyla tanış saray əyanları onu
sonuna qədər anlaya bilmir. Prezident ateist deyil, inanclı adam olsa
da, bir xristian kimi yaşamır.
Prezident
buzüstü hokkeyi çox sevir. Bu, onun ən sevimli idman növüdür. O, bu
idman növünü zərif, cəsur və cəlbedici hesab edir. Vladimir Putin mümkün
qədər çox məşq etməyə və hokkey oynamağa çalışır. O, möhkəm və rahat
kaska geyinməyi, bundan sonra isə əlinə eleqant hokkey taxtası götürməyi
xoşlayır. Saray əyanları bu mənzərəni izləməkdən doymur: bir neçə
həftədən bir prezident hokkey matçı təşkil edir.
Prezidentin
hokkey matçına dəvət – ona yaxınlığın, seçilmişlərin dairəsinə dəyərli
mənsubiyyətin göstəricisidir. Oliqarxik cəmiyyətdə hər şeydən çox məhz
bununla öyünürlər. Burada məhdud dairə toplaşır. Bu adamların çoxu
prezidentin özü kimi Sankt-Peterburq şəhərindəndir və onun etibar etdiyi
illərin dostlarıdır. Əsas etibarilə, onlar Amerikanın sanksiya
siyahısına daxil edilən iş adamlarıdır. Bu şəxslərin arasında Arkadi və
Boris Rotenberq qardaşları və Gennadi Timçenko da var. Onlar oynayır və
məğlub olur. Komandalar mühafizəçilərin hesabına komplektləşir.
Prezidentin
mühafizə xidməti onun təsviri əks olunan köynək geyinir və tez-tez
adını şüar olaraq səsləndirirlər. Onun balaca baş nazirinin – Dmitri
Medvedevin mühafizəçiləri isə rəqib komandanı, daha dəqiq əyləncə üçün
nəzərdə tutulan komandanı təşkil edir. Bbaş nazirin mühafizəçilərinin
prezidentin oyununda iştirakı vacib olsa da, D.Medvedevin özü buraya
gec-gec baş çəkir.
Bu,
onun yaxın ətrafına aid edilən şəxslərdir. Bu adamlar bataqlıqdan
bərabər qurtulanlardır. Onlar Sankt-Peterburqdan olan və uşaqlığı
prezidentlə birgə keçən insanlardır. O zaman Vladimir Putin hələ merin
müavini olaraq çalışırdı. Onlar birlikdə öz bağ evlərinə işıq çəkir,
birlikdə ucuz qiymətə aldıqları ətlə qidalanırdı. Sözü gedən insanlar
bütün bunların hamısının onların haqqı olduğunu zənn edir. Bu adamlar
Vladimir Putinə “boss” deyə, müraciət edir. Lakin, son illərdə bu
insanlar onu “çar” da adlandırırlar.
Heç
kim onun səfehliyi və özünü ala bilməmə şıltaqlığından danışa bilməz:
Hər kəs yalnız onun tənhalığından danışa bilər. Prezidentin ailə həyatı
mövcud deyil. Onun anası vəfat edib, atası da həmçinin. Həyat yoldaşı
əsəb sarsıntısından əziyyət çəkir və uzunmüddətli ayrı yaşadıqdan sonra
onlar boşanıb. Onların iki qızı var. Lakin, bu mövzu – dövlət sirridir
və onlar artıq Rusiyada yaşamır. Bununla yanaşı, hər gecə Vladimir
Putinin qonağı olan model və gimnastlar barəsində şayiələr də
dolaşmaqdadır. Amma bu hadisələr özündə həqiqətdən uzaqlıq möhürünü
daşıyır və heç bir saray əyanı bu şayiələrə aydınlıq gətirə bilmir.
Prezident
heyvanları çox sevir. Vladimir Putin ona tabe olmaqdan imtina edən
məxluqları görəndə sadəcə, gülümsəyir. V.Putin ona tabe olmayan, ondan
qorxmayan qara köpəyin əhatəsində təskinlik tapır. Vladimir Putin ova
getməyi də çoc sevir. Prezident Rusiyanın gözəlliklərindən,
tele-operatorlarla bərabər pələng və ayı axtarışında boz-ağ tundrada
səyahəətdən xüsusi zövq hiss edir.
Saray
xidmətçilərindən olan tərcüməçi prezidentin həyatının monoton olduğunu
deyir. Mənasız görüş və məsləhətləşmələr, prezident protokolunun yorucu
tədbirləri, ildən-ilə yorulmadan təkrarlanan prosedur qaydaları. Onun
avtomobil karvanı iki istiqamət üzrə hərəkət edir: Ya Kreml, yaxud da
havalimanı. Prezident Stalindən sonra hakimiyyətdə olan istənilən
rəhbərdən daha gərgin iş rejimində çalışdığını deyir.
Onlardan
heç biri Vladimir Putin kimi Rusiyanı belə tez-tez gəzib danışıqlar
aparmayıb. Onun təyyarəyələri “Vnukovo-2” havalimanındakı prezident
terminalından havaya qalxır. Bir vaxtlar da administrasiyanın Moskvanın
yarıdan çox hissəsi leqo-şəkilli yaşayış massivləri ilə əhatələnmiş
meşəlik ərazisinə köçürüləcəyi ilə bağlı söz-söhbətlər dolaşırdı. Həmin
meşələrdə, zibil tullantıları arasında onların xəyalındakı aeropolis
inşa edilməli idi: daha dəqiq, bu ərazidə reaktiv ağırlığa davam gətirə
biləcək Kreml şəhərciyinin inşası planlaşdırılırdı. Lakin, prezident bu
layihəni həddindən artıq iddialı hesab etmişdi.
Onun
təyyarələri uçuşları üçlükdə həyata keçirir. Biri avtomobil karvanını,
digəri isə nümayəndə heyətini daşıyır. Üçüncüsü isə onların önündə uçur.
Bu təyyarələr “Vnukovo-2”-dən ay ərzində beş dəfədən artıq olmaqla uçuş
həyata keçirir. O, hər yerdə olmaq istəyir: Omskda keçirilən sənaye
sərgisində də, Kareliyada yoxlamada da, Astanada sammitdə də, Koreyada
dövlət səfərində də.
Lakin,
əyalət qubernatorları bütün bu çoxsaylı səfərlər zamanı öz kiçik
məmurları, pşişgin rəisləri ilə bərabər onu aldatmaq məqsədilə, bəzi
fəndlərdən istifadə edir. Bir müddət öncə, onu Suzdalda səfərdə olduğu
zaman təmirsiz fasadları üzərində kottec rəsmi çəkilmiş xüsusi örtüklə
bağlamaqla aldatmışdılar. Onları zavod və hərbi hissələrdə utandırırlar –
onlar isə sıradan çıxmış nə varsa gizlədirlər.
Xarici
səfərlər isə tamam başqa cür həyata keçirilir: hər şey xüsusi xidmət
orqanları tərəfindən öncədən planlaşdırılır. Prezidentin bu və ya digər
şəhərə səfəri öncəsi buraya xüsusi pilot qrupu gəlir. Prezident
Administrasiyası əməkdaşlarının yerləşəcəyi əzəmətli mehmanxanaya xüsusi
baxış keçirilir. Bu həssas məsələdə Federal Təhlükəsizlik və Xarici
Kəşfiyyat Xidmətləri sıx əməkdaşlıq edirlər. Mehmanxananın təftişi
zamanı əsasən, Bu otaq nə dərəcədə təhlükəsizdir? Və Hamam otağında
bioloji yolxucu virus varmı? Suallarına cavab axtarılır.
Əcnəbi
ərazidə prezident sarayı bir qayda olaraq onun səfərindən bir həftə
öncədən təchiz edilir. Mehmanxana Kreml-ə çevrilir. 200 mehmanxana
nömrəsi əvvəlcədən möhürlənib hazır vəziyyətə gətirilir. Bu
mehmanxanalarda yalnız prezidentin istifadəsi üçün nəzərdə tutulan
xüsusi lift quraşdırılıb. Diplomatlar Federal Mühafizə Xidmətinin əlləri
daima çirklənmiş şişman müfəttişləri və Protokol Xidməti Əməkdaşları
ilə boşboğazlıq edərək, məsləhətləşir.
Prezident
Vladimir Putinin yerləşəcəyi mehmanxana nömrəsi möhürlənir. Hər kəsin
sözü gedən nömrəyə daxil olması qəti qadağandır. Bu iş mühafizəçilərdən
ibarət xüsusi bir qrupun üzərinə düşür. Mehmanxana geyimi və gigiyenik
vasitələr yığışdırılır. Həmin otaqlara xüsusilə prezidentin istifadəsi
üçün nəzərdə tutulmuş gigiyena vasitələri və üzərinə Kremlin xüsusi
möhürü vurulmuş qoruyucu qablaşdırmada meyvələr gətirilir.
Bu
arada, prezident üçün lazım olan bütün ləvazimatlar buraya xüsusi
təyyarə reysi ilə gətirilir. Səfər müddətində Vladimir Putinə rus aşpaz,
xidmətçi və ofisiantları xidmət edir. Onun yerləşdiyi mehmanxananın
qarşısında iki ton qida yüklənmiş yük maşınları parklayır. Bu torpaqda
onlar bir gecə gecələməli olacaqlar. Bu əsnada, diplomatlardan ibarət
komanda qidalanma mövzusunda saatlarla danışıqlar aparır.
Rusiya
xüsusi xidmət orqanlarının əmrlərinə rəğmən, Vladimir Putinə süd
məhsulları verilməsinə icazə verilmir. Nə səfərdə olduğu ölkənin
prezidenti, nə də baş naziri Vladimir Putini yemək süfrəsinə dəvət edə
bilməz. Zəngin mətbəxə malik ölkələrdəki səfirliklər prezidentin
qidalanması məsələsində gərgin və saatlarla davam edən danışıqlar
aparmalı olur: Prezident Kreml tərəfindən icazə verilməyən ərzaqlarla
qidalana bilməz.
Danışıqlarda
iştirak edənlər arasında qeyri-müəyyənlik hökm sürür. Bəlkə prezidentin
orqanizmi laktozanı qəbul etmir? Aydın olan odur ki, prezident V.Putin
zəhərləndirilməkdən ehtiyat edir. Görünən odur ki, prezident süfrəsi
üçün nəzərdə tutulan ərzaqlar öncədən gətirilir. Yerli aşpazlara Federal
Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətləri və Federal Mühafizə
Xidmətinin və kulinarlardan ibarət komanda nəzarət edir. Xarici
ölkələrdəki banketlər zamanı prezident yeməklərdən heç dadmır.
Səfər
zamanı prezident ev sahibi olan ölkənin təhqirlərinə göz yumur.
Tərcüməçi təyyarənin eniş etməsi barədə məlumat verir. Rusiya
Səfirliyinin əməkdaşları arasında gərginlik, qorxu və inamsızlıq artır:
O, artıq gəldi.
Prezident
V.Putin özünü bürüncdən tökülmüş və sanki, parlayırmış kimi aparır.
Görünür O, qarşısında istənilən şəxsin başını aşağı əyəcəyini yaxşı
bilir. Onun ətrafında səssizlik hökm sürür. Yetkin kişilər onunla
danışmağa başladıqda, səsləri özlüyündən dəyişir. Onlar mümkün qədər
astadan danışmağa çalışır. Onların siması təntənəli görüntü alır, sanki,
daşlaşır. Onlar əsəbi və daha ehtiyatlı halda nəzərlərini aşağı
yönəldir.
O,
heç danışmır. O, gülümsəməyi də lazım bilmir. O, gəzintiyə çıxmaq
istəmir. Onu hər zaman 10 nəfər əhatə edir. Ona yalnız üç metrlik
məsafəyədək yaxınlaşmağa icazə verilir, çünki, prezidentin ətrafı
dərindən mühafizə olunur. Köməkçiləri mütəmadi olaraq ona nə isə
pıçıldayır, operatorlar onu lentə alır. Onun ətrafında dəyişilməz olaraq
cangüdənlər dayanır.
Siyasətçilər
onun yanında bir-birilə hər zaman pıçıltı ilə ünsiyyət qurur. Onunla
praktik olaraq heç kim zarafatlaşa bilmir. Vladimir Putin otağa daxil
olduqda otağa bir qayda olaraq sakitlik çökür. Hətta, bir dəfə tərcüməçi
uca səslə demişdi: “Nümayəndə heyətindən olan hörmətli xanımlar və
cənablar, biz sənədlərin imzalanması üçün digər salona keçməliyik”, və
bu zaman hansısa nazir onun əlindən tutdu, “Səsini kəs! — deyə, nazir
pıçıldadı. — O, buradadır”.
Prezidentin
düşünmək üçün zamanı yoxdur. O, xüsusi və bitmək bilməyən mərasimlə bir
otaqdan siyasi məzmunda söhbətlərin daha az aparıldığı başqa bir otağa
keçir. Fotosessiya, qəbul – bütün bunların hamısı hakimiyyət pilləsində
yer alan yeni simaların diqqətini cəlb edir lakin, hakimiyyət kürsüsünə
yapışanları isə qıcıqlandırır. O, çox nadir hallarda addım atdığı anda
düşünür: onun çıxış mətnləri öncədən hazırlanır, prosedur təqribi olaraq
düşünülür, danışıqlar əsas etibarilə kommersiya xarakteri daşıyır.
Onunla
bərabər səfər prosesində nazirlər də iştirak edir. Onların arasında
Vladimir Putinə birbaşa müraciət edənlərin sayı az, onun yanında hər
hansı mövzuda zarafat edənlərin sayı isə olduqca azdır. Lakin O,
əhatəsindəkilərə heç bir maraq göstərmir və fürsət yaranan kimi özünün
xüsusi və təhlükəsiz otağına çəkilir. Çünki, bunların hamısı ona artıq
tanışdır.
Nazirlər
prezidenti yamsılamağı çox sevir. Onun jest və mimikalarını imitasiya
etmək və yorğunluq və bu dünyaya hərisliyini təqlid etmək nazirlərin
xoşuna gəlir.
Müasir
texnologiyalara guya nifrət etdiklərini göstərmək görüntüsü yaratmaqdan
onlar çox xoşlanır. Bu adamlar onun intonasiyaları və sarkatik
iradlarını təqlid etməyi də çox bəyənir. Lakin, ondan fərqli olaraq,
nazirlər gecə boyunca gülür və içki içirlər. Onların siması şişgin,
özləri isə gəvəzə olur. Prezidentin özü isə gözə dəymir.
“O,
hissiyyatsızdır, sanki, heç bir şey ona təsir etmir – xatırlayır
tərcüməçi. Sanki, o ətrafında baş verən heç nəyi anlamaq iqtidarında
deyil. Sanki, O, bu adamlara heç bir diqqət yetirmir. Sanki, prezident
yorğundur. V.Putin o qədər uzun müddət ikona halında yaşayıb ki, özgələr
tərəfindən diqqətə öyrəşməyib. O, onun xatirinə nəzarət edilməyən hər
şeyə adət edib. O, təcrid edilib, tələyə salınıb”.
“Onunla
bərabər olduğunda elə təəssürat yaranır ki, prezident istefaya
getməkdən xoşbəxt olardı. Lakin, O, yaxşı bilir ki, Rusiyanı yalnız
feodal prinsiplərilə idarə edə bilər və O, gücünün tükəndiyi, hər şeyin
dağıldığı halda dəmir barmaqlıqlar arasına düşəcək. Moskva isə Kiyev
kimi yanmağa başlayacaq”.
Elə
saray əyanları var ki, onun necə açıq şəkildə danışdığının belə şahidi
olub. Onlardan biri xatırlayır ki, isti yay axşamlarının birində
prezident öz ölkəsini taleyi barəsində aşkar şəkildə danışmağa başlayıb.
O, həmin axşam öz işlərindən ötrü onun Novo-Oqaryovodakı iqamətgahına
gələnlərdən Rusiyanın əsas satqınlarının adını çəkməyi xahiş edir.
O,
həmin adamlardan cavab belə gözləmədən dedi: tariximizin ən böyük
cinayətkarları hakimiyyəti ayaqlar altına atanlar, həyasız və səfehlərin
hakimiyyətə yiyələnməsinə şərait yaradanlar oldu – II Nikolay və Mixail
Qorbaçov.
Söhbətdə iştirak edən saray əyanları bildirir ki, prezident heç zaman bu cür addım atmayacağına dair vəd də vermişdi.
Müəllifin
qeydi: Bu məqalə üç ildən artıq bir müddətdə alınmış və sonradan “Zəyif
imperiya: Rusiya Vladimir Putini necə sevdi və nifrət etdi” kitabının
yazılmasında mənim tərəfindən istifadə olunan müsahibələr əsasında
hazırlanıb.
(FragileEmpire:HowRussiaFellinandOutofLovewithVladimirPutin). Bu işin
gedişatında mənim keçmiş baş nazirlərdən, V.Putinin hazırki nazirlərinə
və regional qubernatorlarınadək yüksək vəzifəli məmurları, onun etibarlı
müşavirləri, şəxsi məsləhətçiləri və sadə adamlardan alınan müsahibələr
əsasında hazırlanıb. Bu müsahibələrdəki məlumatlardan istifadə edərək,
mən günümüzün diktatorunun şəxsi adətləri və günlük cədvəlini müəyyən
etmişəm. Burada adlarının gizli saxlanılması vacib olan şəxslərin
fikirlərindən istifadə olunub. Rusiyadakı hazırki siyasi şəraitdə şəxsi
informasiyanın qanunsuz yayılmasına görə nəzərdə tutulmuş cəza çox
sərtdir və mən istifadə etdiyim mənbələrin şəxsiyyəti və vəzifəsini
açıqlaya bilmərəm. Bunun nəticəsində faktların ötürülməsi zamanı
belletristikanın fəndlərindən istifadə edilən və bir çoxlarının “yeni
jurnalistika” adlandırdıqları növü meydana gəldi. Bu məqalənin uydurma
olduğu qənaətinə gəlinsə də, buradakı hər bir detal dərindən
araşdırılıb.
cumhuriyyet.info
Short URL: http://www.cumhuriyyet.net/?p=10216