Atası xristian olan İŞİD komandiri – Ömər əl-Şişani

30.07.2014 - 00:31
Ata Batiraşvilinin sözlərinə görə, Şişanin radikallaşmasında əsas səbəbi yoxsulluqdur

 
“İraq və Şam İslam Dövləti” (İŞİD) komandiri Ömər əl-Şişani ola bilsin
ki, indi Yaxın Şərqin ən zəhmli cihadçılarından biri sayılır, lakin onun
bundan əvvəlki həyatı fərqli olub. Əsl adı Tarxan Batiraşvili
olan Şişaninin vətəni Gürcüstanın səfalı Pankisi dərəsidir. O, bu
bölgənin Birkiani kəndində doğulub, boya-başa çatıb. Xristian atası isə
indinin özündə də bu kənddə, balaca və sadə görünüşlü bir evdə yaşayır.

Şişani 2007-ci ildə Gürcüstan ordusuna hərbi qulluğa başlayıb, 2008-ci ildə isə Rusiyaya qarşı müharibədə iştirak edib.
Tarxan “Şişaninin” atası Teymuraz Batiraşvili deyir ki, oğlu əvvəllər radikal İslamdan uzaq olub.
Atasının sozlərinə görə, oğlu xəstələnib ordudan tərxis edildikdən sonra çətin günlər başladı.
Oğlu iş tapa bilmilrdi, günlərin bir günü evlərində polis axtarış apardıqdan sonra isə Tarxan həbs olundu.
Şişani Pankisi dərəsinin Birkiani kəndində dünyaya gəlib
Teymuraz
Batiraşvilinin sözlərinə görə, həmin gecə reydi zamanı evlərinə basqın
etmiş çoxsaylı polis əməkdaşlarından biri hər gün dəfələrlə yanından
ötdüyü köhnə taxtın altından sürsat dolu qutu çıxardı.
“Polis məndən soruşdu ki, bu nədir, mən də cavab verdim ki, bilmirəm, bu qutu burada yox idi” – ata deyir.
Beləcə, Şişani evində hərbi sürsat saxlamaqda ittiham olunaraq həbs olundu.
Atasının
təbirincə, məhz həbsdə olduğu müddətdə oğlunun təffəküründə köklü
dəyişiklik baş verib. Tarxan İslamı qəbul edib. Amnistiyaya düşüb
azadlığa çxdıqdan sonra isə o, Suriyaya yollanıb.
“O, mənə dedi ki, ata mən burada heç kimə lazım deyiləm” – Batiraşvili xatırlayır.
Şişani evi tərk etməzdən əvvəl yeni əqidəsinin tələbinə uyğun olaraq bütün ailə fotolarını məhv edib.
“Mən bundan yalnız ailə albomunu vərəqləmək istəyəndə xəbər tutmuşam. Gördüm ki, albom boşdur”- Batiraşvili deyir.
Şişaninin fotosu İŞİD ilə əlaqəli olan saytlarda dərc olunur
Atanın sözlərinə görə, ortancıl oğlu da radikallaşaraq ölkəni tərk edib.
“Üç
oğlum var – üçü də islamçı olub. Mən isə xristianam, kilsəyə gedirəm.
Nə mənim atam, nə də babam müsəlman olmayıblar” – Batiraşvili deyir.
Ata Batiraşvilinin sözlərinə görə, Şişanin radikallaşmasında əsas səbəbi yoxsulluqdur.
“İnsan
ehtiyac içində olanda hər şeyə əl atar. İndi o deyir ki, əqidəsinə görə
ora gedib, amma mən bilirəm ki, bu addımı atmağa onu yoxsulluq vadar
edib” – Teymuraz Batiraşvili deyir.
Eyni zamanda atası etiraf
edir ki, artıq indi oğlu dəyişib: “Bəli, indi onun müharibədə iştirak
etməsinin əsas səbəbi pul deyil”.
İndi ata Batiraşvili təqaüdü hesabına dolanır.
Hələ də bu kənddə yaşayan böyük oğlu Tengiz hərdən bir ona kömək edir.
Şişani
buraları tərk edəndən sonra yalnız bir dəfə atasına telefon zəngi edib.
Həmin telefon danışığı zamanı Şişani çeçen qızı ilə evləndiyini,
qızının doğulduğunu, ona Sofiya adının verildiyini, qızının cizgilərinin
babasının cizgilərini xatırladığını demişdi.
Telefon bağlantısı
zamanı Şişani atasının namaz qılıb-qılmaması ilə maraqlanıb, atası isə
ona əvvəlki kimi xristian kilsəsinə getdiyini deyib. Bunu eşidən oğlu
telefonunu qapadıb və bir daha atasına zəng etməyib.
Ata oğlunun Suriyaya getdikdən sonra yalnız bir dəfə ona zəng etdiyini bildirib
İddia
edildiyinə görə, bir müddət çeçen yaraqlılarının sığındığı Pankisi
dərəsinin camaatı Suriyada məşhurlaşmış Şişani şəxsiyyətinə hörmət
bəzləyirlər. Bəzi yerli sakinlər ona oxşamaq, onun yolunu təkrar etmək
istədiklərini deyirlər.
Ata Batiraşvili Suriyadakı oğluna görə
ailəsinin üzləşdiyi yeni şöhrətdən narazıdır: “Belə şöhrət nəyimə
lazımdı? Kaş o, heç yerə getməyərdi”.
“Görünür, Suriya müharibəsi onun alın yazısıdr” – Teymuraz kişi deyir.

Short URL: http://www.cumhuriyyet.net/?p=10218

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31