Milli Şura hakimiyyətin narkotika qalmaqalını araşdıracaq

30.07.2014 - 00:56

Demokratik Qüvvələrin Milli Şurası bu yaxınlarda Gürsüctanda
Azərbaycandan keçirilmiş böyük həcmdə narkotikin tutulması ilə bağlı
ictimai dinləmə keçirəcək. Bu barədə qurumun mətbuat xidmətinin yaydığı
məlumatda deyilir: “Azərbaycandan keçirilmiş nəhəng narkotik yükünün
Gürcüstanda tutulması ölkəmizin ciddi narkotrafik məkanına çevrilməsi
barədə növbəti xəbərdarlıqdır. Bundan öncə də beynəlxalq hesabatlarda bu
haqda fikirlər səsləndirilib.
Hakimiyyətin bununla bağlı susması,
narkotiklərin qanunsuz dövriyyəsi və trafiki ilə mübarizəni imitasiya
etməsi, dövlət qurumlarında təmsil olunanların narkotrafikdə iştirakı
ehtimalı problemin olduqca ciddi yönlərindən xəbər verir. Bilirsiniz ki,
narkomaniya da ölkəmizdə sürətlə yayılmaqdadır.
Bütün bu problemləri həll etmək əvəzinə, Azərbaycan hakimiyyət ictimai
fəalları qondarma narkotik ittihamları ilə şərləmək və həbs etdirməklə
məşğuldur. Belə həbslər hətta Azərbaycandan keçirilmiş nəhəng narkotik
yükünün Gürcüstanda tutulması kimi böyük biabırçılıqdan sonra da davam
etdirilir.
Milli Şura bu mövzuda ictimai dinləmə keçirir və orda hakimiyyət
qarşısında tələblər səsləndiriləcək. Tədbirdə vətəndaş cəmiyyəti
fəalları, siyasi partiya təmsilçiləri, ziyalılar və mətbuat təmsilçiləri
iştirak edəcək.
Sizi bu tədbirdə iştirak etməyə dəvət edirik”.
Xatırladaq ki, tədbir 30 iyul 2014-cü il, saat 12:00 RATİ-nin konfrans
zalında keçiriləcək

Short URL: http://www.cumhuriyyet.net/?p=10220

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31