Qadınlar avtobusda kişi üstündə saçyolduya çıxdı
Ötən gün Bakıda sərnişin avtobusunda qadınlar saçyoldusuna çıxıblar. Bununla bağlı anspress-in məlumatına görə, hadisə Biləcəri
qəsəbəsi, “Nərimanov” metrosu istiqamətində hərəkətdə olan 202 saylı
xətt avtobusunda baş verib. Belə ki. avtobus “Gənclik” metrosu qarşısında dayanan zaman avtobusa
təqribən 30-33 yaşı olan qadın minib. Qadın avtobusda dayanmış 40 yaşlı
qadın və həyat yoldaşının yanında dayanıb. O, tutacaqdan tutmaq istərkən
əli kişinin əlinə dəyib. Kişi dərhal əlini çəkib. Lakin bu hal bir neçə
dəfə təkrarlanıb. Buna dözməyən kişinin həyat yoldaşı deyinməyə
başlayıb.
Qadın əvvəlcə ərinin əlinə toxunana qadını söyüb. “Adamın abır-hayası
olar. Utanmırsan, bayaqdan ərimdən əl çəkmirsən?”, – deyə qadın
qabağındakına açıqlanıb.
Buna cavab olaraq digər qadın da səsini yüksəldib. “Qoca arvadsan,
utanmırsan mənə şər atırsan. Elə bil bunun ərinə qalmışam. Öz ərimə nə
gəlib, neynirəm sənin bədbəxt ərini qoca kaftar”.
Bunu eşidən 40 yaşlı qadın ərinin “qeyrəti”ni qorumaq üçün
həmcinsinin üstünə hücum edib və qadınlar əlbəyaxa davaya başlayıblar.
Digər sərnişinlər onları ayırmağa çalışsalar da, qadınları
sakitləşdirmək mümkün olmayıb. Hətta avtobusdakı digər sərnişinlərədə
xəsarət dəyib.
Maraqlısı odur ki, qadınların uğrunda dalaşdığı kişiyə bu hadisə cüzi
də olsa təsir etməyib və o davaya müdaxilə etməyib. Qadınları digər
sərnişinlərin köməyi ilə ayırmaq mümkün olub.
Ərlə arvad “Azadlıq Prospketi” metrostansiyasının yaxınlığında, digər qadın isə Biləcəri qəsəbəsində avtobusdan düşüblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=10221