Allahşükür Paşazadə namaza görə cərimə kəsdi

30.07.2014 - 01:41

 

Qafqaz Müsəlmanları İdarəsi bayram namazı ilə bağlı məscidlərə sərt xəbərdarlıq edibmiş. Bu
gün Azərbaycanda bayram namazı qılındı. Ramazan bayramı münasibəti ilə
dünyanın əksər ölkələri dünəndən etibarən bayramı qeyd etməsinə
baxmayaraq Azərbaycan və İranda bayram bu gün keçirilir. Hətta bu barədə
dünən Şamaxı Rəsədxanasının yaydığı məlumatda da təzə ayın iyulun
28-dən çıxdığı və bayramın da məhz o gün olduğu lakin Qafqaz
Müsəlmanları İdarəsinin bunu nəzərə almadığı bildirilirdi. 

Cumhuriyyet.az  “AzerFax”a istinadən xəbər verir ki, iyulun 28-də bayram
namazı qılmaq istəyən məscidlərin imamlarına xəbərdarlıq edilib və
onlara bildirilib ki, əgər qərarın əleyhinə hərəkət edərlərsə 2500 manat
məbləğındə cərimə olunub, məscidləri bağlanacaq. Bu səbəbdən də dünən
bir çox imamlar bayramı elan etsələr də, namaz qıla bilməmiş və bayram
namazı qılmaq istəyənləri də bu gün üçün toplamışlar. Araşdırmaçı jurnalist Əfqan Muxtarlı isə öz facebok səhifəsində konkret hadisə haqda yazır: “Şeyxin QUM saatı ölkədə xeyli problem yaradıb. Dünən Zaqatalada bayram namazı problemi yaranıb. Bir sıra kəndlərdə camaat Şeyxin Qum saatına məhəl qoymadan bayram namazı qılıb. Bu gün həmin məscidlərin imamlarını incidiblər”

 

Short URL: http://www.cumhuriyyet.net/?p=10222

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31