Kəmaləddin Heydərovun zabiti sərxoş olub polisi döydü

30.07.2014 - 02:30

Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayonunda yol polisinin “saxla” əmrindən əsəbiləşib ona hücum çəkib. Gədəbəy Yanğından Mühafizə İdarəsinin rəisi polkovnik-
leytenant Qalib Qarayev sərxoş halda avtomobili idarə edib, yol
polisinin “saxla” əmrinə məhəl qoymayıb, onları təhqir edib və döyüb.

Bu barədə daxi olan məlumata görə, olay
bazar günü axşam saatlarında Gədəbəy rayonunun mərkəzində Heydər Əliyev
parkının yaxınlığında baş verib.

Ölkədə Ramazan bayramını nə vaxt keçirmək müzakirələri getdiyi bir
vaxtda Gədəbəy Yanğından Mühafizə İdarəsinin rəisi polkovnik-leytenant
Qalib Qarayev öz bayramını təşkil edib. Qonaqları ilə yaxşıca
yeyib-içdikdən sonra onları yola salmaq istəyən rəis əminlik üçün,
sərxoş olsa belə özü qonaqların maşınının sükanı arxasına keçib.

Qalib Qarayevin təhlükəli sürüşü Yol Patrul Xidməti (YPX)
əməkdaşlarının diqqətini cəlb edib. “Saxla” əmrinə məhəl qoymayan
polkovnik-leytenant,  bu əmrdən əsəbiləşib və maşını polisin üstünə
sürüb. Bundan sonra YPX əməkdaşları sərxoş sürücünü təqib edib. Bu
polkovnik-leytenantı bir az da əsəbiləşdirib və o maşını saxlayıb.

Maşının saxlandığını görən polis yaxınlaşanda qarşısındakının FHN-in
Gədəbəy Yanğın Mühafizə idarəsinin rəisi olduğunu görüb. Bir qədər
çaşğınlıq yaranıb. Belə ki, YPX əməkdaşı polkovnik-leytenantdan
üzrxahlıq edib və tanımadığını bildirib. Lakın bu qəzəbli Qalib
Qarayevin əsəblərini sakitləşdirməyib. O, əvvəlcə polis əməkdaşını
söyüşlərə sonra isə şillə yumruğa “qonaq” edib. Maşında olan ikinci
polisin yaxınlaşması və onu sakitləşdirmək istəyi  polkovnik-leytenantı
bir az da coşdurub və o, ikinci polisə də yumruq atıb.

Hadisə baş verən Heydər Əliyev parkında olan insanların müdaxiləsindən sonra Qarayev polislərdən əl çəkib.

Bundan sonra o, hadisə yerindən uzaqlaşıb, polislər isə onu təqib
etməyi dayandırıb. Qabil Qarayev hadisədən xəbər tutan rayon polis
idarəsinin çağırışına getməyib.

Səhərisi gün isə özünə gələn polkovnik-leytenant xoşagəlməz hadisədən
sığortalanmaq istəyib. Necə deyərlər Qarayev “qara məni basınca, mən
qaranı basım” prinsipini işə salıb. Polkovnik-leytenant DİN Yol Polisi
İdarəsinə YPX əməkdaşları tərəfindən təhqir olunduğu və təzyiqlərə məruz
qaldığı barədə şikayət edib. Amma bu dəfə o kələfi bir az da
dolaşdırıb.

Məsələ ondadır ki, cənab polkovnik-leytenant nəzərə almayıb ki, baş
verənlər bütünlüklə YPX maşınında yerləşdirilmiş kamera tərəfindən
çəkilib. Necə deyərlər bu dəfə “ət yeyən quş dimdiyindən tora düşüb”.

Baş vermiş
hadisə ilə bağlı həm daxili işlər naziri Ramil Usubov, həm də fövqəladə
hallar naziri Kəmaləddin Heydərov məlumatlandırılıb.(bugun.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=10223

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31