Yaxın Şərqdə "Xristian krallığı" yaradılacaq

30.07.2014 - 03:24

“İraqı parçalamağa çalışanlar burada yeni “Xristian krallığı” yaradacaqlar”. Cumhuriyyet.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq
Stanislav Tarasov çıxış edib. O, İraqda yeni Xristian krallığının
yaranması üçün kürdlərdən istifadə ediləcəyini bildirib: “Xristianlar hazırda kürdlərə pənah gətirib. Amma İraqdakı xristian
icmasının rəhbəri özlərini müdafiə üçün yeni muxtariyyatın yaranmasının
vacib olduğunu bildirir.

Bu muxtariyyat yalnız Kürdüstanın tabeliyində
mümkün olacaq. Əvvəla gərək “Böyük Kürdüstan” planı baş tutsun. Bu isə
Ankara və Dəməşqi çox narahat edir. Əgər “Böyük Kürdüstan”ın tərkibində
xristianlara özünü idarəetmə hüququ verilsə, bu, həmin dövlətin bütün
xristian aləmi tərəfindən dəstəklənməsinə gətirib çıxaracaq. İlk növbədə
bu dəstəyi Vatikan nümayiş etdirəcək. Çünki bu müqəddəs torpaqlarda ilk
xristian dövləti olacaq. Buna Ankara sakit baxa bilməyəcək. Çünki
Türkiyə anlayır ki, yeni muxtariyyatın yaranması xristian-yunan və
xristian-ermənilərin də gələcəkdə eyni iddia ilə çıxış etməsinə səbəb
olacaq. Bəs belə bir vəziyyət Qüdsdə – İsrail və Fələstinin illərdir
vuruşduqları məkandada yaranacaqmı? Bunu söyləmək hələ çox çətindir”

Short URL: http://www.cumhuriyyet.net/?p=10224

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31