Obama Putini açıq-aşkar hədələdi
ABŞ lideri onsuz da zəif Rusiya iqtisadiyyatını daha da zəiflədəcəyini bəyan etdi
bəyanatla çıxış edib. ABŞ prezidenti bəyan edib ki, Ukraynadakı
nizamlanmanın yollarının axtarılması üçün Rusiya, Ukrayna və Avropa
Birliyi ilə təmasları davam etdirir. “Rusiyanın münaqişənin diplomatik həlli istiqamətində seçimi hələ
var”, – Musavat.com xəbər verir ki, Barak Obama Ağ Evin qarşısında
Rusiyaya qarşı yeni sanksiları elan edərkən bildirib.
“Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı fikir ayrılıqları üzündən yeni soyuq müharibə başlamayacaq”, deyə prezident bildirib. Barak Obama elan edib ki, ABŞ Rusiya iqtisadiyyatının energetika və bank sektorlarına qarşı yeni sanksiyalar tətbiq edir: “Avropa Birliyi də bizə qoşulur”. Barak Obama bəyan edib ki, sanksiyalar onsuz da zəif Rusiya iqtisadiyyatını daha da zəiflədəcək: “Rusiya
özünü beynəlxalq ictimaiyyətdən təcrid edir. Bu seçimi Rusiya və
prezident Putin edib. Amma Rusiya üçün başqa seçim də var. Rusiya
anlamalıdır ki, biz Ukrayna hakimiyyətinə dəstəyi davam etdirəcəyik”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10225