Azərbaycanlı vahabilərin qurupu dağıldı və yenidən quruldu

30.07.2014 - 04:17

Suriyada azərbaycanlıların üstünlük təşkil etdiyi “Kətibətül Mühacirin” qrupu dağılıb. Cumhuriyyet.az ans press-ə istinadən xəbər verir ki, qrup yenisi ilə əvəz edilib.
Onun Hələb ətrafında yerləşən 3 müxalif qrupla birləşdiyi bildirilir.  “Fecr-ul
Şam”, “Şam-ul İslam” və “Kətibətul Hadra” və “Kətibətul
Mühacirin”qrupları birləşərək “Ensarud Din Cəphəsi” adlı qruplaşmanı
yaradıblar.

Qeyd edək ki, bir müddət bundan öncə Suriyada Bəşər
Əsəd qüvvələrinə qarşı döyüşlərdə çeçen Əbu Ömərin rəhbərlik etdiyi
“Kətibətül Mühaciri”nin tərkibində azərbaycanlılardan ibarət dəstəyə
başçılıq edən “Əbu Yəhya” ləqəbli Azərbaycan vətəndaşı öldürülüb. “Əbu
Yəhya əl Azəri” Suriyanın Hama şəhərində gedən döyüşlərdə hökumət
qüvvələrinin 66 bölükdən ibarət hərbi bazasını mühasirə altında saxlayan
zaman qırıcı təyyarələrin bombardmanı nəticəsində ağır yaralanıb. O,
çox qan itirdiyi üçün keçinib. Həmin gün Hama şəhərinin Artma kəndindəki
“Əbu Müslim” qəbristanlığında dəfn olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=10227

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31