Deputatlar bayramı harada keçirdilər?

30.07.2014 - 08:27

“Mənim üçün ən gözəl bayram hədiyyəsi o oldu ki…”

Fəzail Ağamalı: “Dağ
rayonlarını gəzirik”;
Sabir Rüstəmxanlı: “Mənim üçün ən gözəl bayram hədiyyəsi o oldu ki…”;
Qənirə Paşayeva: “Ramazan ayı boyunca tez-tez Tovuzda oldum”

 

 

 

Ramazan
bayramı boyu hər kəs bu özəl günləri özünə xas şəkildə dəyərləndirdi.
Kimi oruc tutdu, kimi bayramı evində, kimi də iş başında keçirdi.
Maraqlıdır, bəs deputatlar mübarək ayda, bayramda nə etdilər?

Milli
Məclisin üzvü İqbal Ağazadə ilk növbədə bayram münasibətilə bütün
müsəlman aləmini təbrik etdi. Bayram tətilini Nardarandakı bağ evlərində
olduğunu söyləyən deputat başqa məkana getmədiyini söylədi.

Deputat
Fəzail Ağamalı da KİV vasitəsilə Azərbaycan xalqını təbrik etdiyini
dedi: “Artıq öz bayram təbrikimi xalqımıza ünvanlamışam. Bir daha qeyd
edirəm ki, Ramazan bayramı müsəlman aləminin ən müqəddəs bayramlarından
biri, hətta birincisidir. Bu bayram insanlara firavanlıq gətirən,
humanizm aşılayan bayramdır. Bayramda bütün müsəlman dünyası
əmin-amanlıq, sülh şəraitində yaşamağa üstünlük verir. Təəssüflər olsun
ki, bugünkü gündə bunu demək mümkün deyil. Çünki bir sıra müsəlman
ölkələrində bayramda da atəş səsləri eşidilir.

 
 
 

Günahsız
uşaq, qoca, qadınlar həlak olurlar. İnsan olaraq bu hadisələri gördükcə
lənət yağdırmaqdan özünü saxlaya bilmirsən. Bunlar hamısı
ictimai-siyasi kataklizmlərdir. Allah bundan sonra hər ailəyə, millətə,
dinindən, irqindən asılı olmayaraq əmin-amanlıq, xoş məramlar qismət
eləsin. Bu əziz günlərdə Allah dualarımızı eşitsin. İnşallah,
torpaqlarımıza qayıdış yolu açılar və biz tezliklə bu bayramı işğal
altındakı torpaqlarımızda qeyd edərik. Sizi və qəzetinizin yaradıcı
kollektivini də bayram münasibətilə təbrik edirəm”.

Bayram
tətilindən istifadə edən Fəzail bəy hazırda gəzintidə olduğunu dedi:
“Şamaxı tərəfdə idim. Ordan başqa rayona səfər etmişik. Dağ rayonlarını
gəzirik. Hər rayonda 1-2 gün istirahət edərək, yay günlərini keçiririk”.

Bayramdan
3-4 gün öncə Yardımlı rayonunda olduğunu söyləyən xalq şairi, deputat
Sabir Rüstəmxanlı isə hazırda yaradıcılıqla məşğul olduğunu bildirdi:
“Bu yaxınlarda Yardımlıda idim. Doğulub, boya-başa çatdığım Hamar kəndi
istiqamətində çəkilmiş yolun açılış mərasiminə qatılmışdım. Mənim üçün
ən gözəl bayram hədiyyəsi elə o oldu. Hazırda isə evdəyəm və
yaradıcılıqla məşğulam”.

 
 
 
Öz
növbəsində Milli Məclisin xanım üzvü Qənirə Paşayeva qəzetimizə
açıqlamasında deputat seçildiyi Tovuz rayonundan təzəcə qayıtdığını
söylədi: “Ramazan ayı boyunca tez-tez Tovuzda oldum. Bayramı da rayonda
seçicilərimin arasında keçirdim. Bakıya iyulun 28-də qayıtmışam,
inşallah, 2 gün sonra yenidən qayıdacağam”.
Xanım deputat
əlavə elədi ki, seçiciləri ilə tez-tez görüşür: “Hazırda Milli Məclis
tətildədir. Ona görə də yaranmış boşluqdan səmərəli istifadə edib
seçicilərimin yanında oluram, vaxtımın əhəmiyyətli hissəsini Tovuzda
keçirirəm”.
Biz isə öz tərəfimizdən bir daha hər kəsin bayramını təbrik edirik.(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=10229

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31