Əhalisi 5 nəfərdən ibarət olan ölkə
Psevdo ölkə britaniyalı leytenant Roy Beyts tərəfindən neft platformasının üzərində qurulub
İngiltərə ordusunun keçmiş
leytenantı Roy Beyts 1967-ci ildə Böyük Britaniyanın yaxınlığındakı neft
platformalarından birini zəbt edərək, orada “Silend” adı verdiyi
ölkəsini qurub. Britaniya Kral Donanması leytenantı adadan
uzaqlaşdırmağa səy göstərsə də platformadan açılan xəbərdarlıq atəşinə
məruz qalan donanmanın əsgərlərinin cəhdi uğursuzluqla nəticələnib.
Sonrada həbs edilən leytenantın məhkəmə işində hakimlər hadisənin
İngiltərə sərhədlərindən kənarda baş verdiyini bildirərək, Roy Beytsi
sərbəst buraxıılması barədə hökm çıxarırlar.
1974-cü ildə Britaniyanın Konstitusiya məhkəməsinə müraciət edən
leytenant dövlətin simvolu olan bayraq, milli marş və Siland dollarının
qəbul edilməsinə nail olur. Özünü Silend şahzadəsi adlandıran keçmiş
hərbçinin ölkəsi heç bir dövlət tərəfindən tanınmayıb.
Maraqlıdır ki, 550 kvadratmetr əraziyə malik olan dövlətdə çevrilişə
belə cəhd edilib. Belə ki, leytenantın platforma-dövlətdə olmadığından
istifadə edən Beyts ailəsinin üç üzvü vertolyotla platformaya gələrək,
leytenantın oğlunu mətbəxə həbs edirlər. Bundan xəbər tutan şahzadə Roy
dərhal “ölkəsinə” gələrək, hakimiyyəti yenidən ələ keçirir. Çevrilişə
cəhd edənlərin ikisi ölkədən kənarlaşdırılır, biri isə Siland
vətəndaşlığından çıxarılır.
2006-cı il 23 iyunda Silend adasında yanğın baş verir. Nəticədə bir
nəfər xəsarət alır və xilasedici vertolyot ilə Britaniya
xəstəxanalarından birinə aparılır. Sonradan Silend adası tez bir zamanda
yenidən özünə gəlir.
2007-ci ildə ölkənin sahibləri satış elan etdi. Elandan dərhal sonra
The Pirate Bay bu ölkənin alınması üçün vəsait qaldırdı. 2009-cu ildə
İspaniyanın əmlak agentliyi İnmo-Naranja bu ölkəni 750.000.000 avro
dəyərində satışa çıxardı./interaztv.com/
Short URL: http://www.cumhuriyyet.net/?p=10237