Arif Yunus da Baş Prokurorluğa getdi

30.07.2014 - 14:06

 

 

Virtualaz.org saytının əməkdaşı hazırda Leyla Yunusun
yaşadığı evin qarşısındadır. Müxbirimizin verdiyi xəbərə görə, Arif
Yunus jurnalistlərə açıqlama verib.

O deyib ki, saat 11:45-də Leyla Yunus evdən çıxıb RATİ-yə mətbuat
konfransına gedərkən binanın qarşısnda onu saxlayıblar: “Leyla
hal-hazırda Baş Prokurorluqda müstəntiq İbrahim Ləmbəranski tərəfindən
dindirilir. Leylanın vəkilini onun yanına buraxmırlar. Mənə də könüllü
şəkildə ifadə verməyi təklif etdilər. Amma mən tək getmək istəmədim.
Bilirəm ki, Rauf Mirqədirov kimi Leylanı da casusluqda ittiham edərək
həbs edəcəklər. Bilirəm ki, ifadə verməyə getsəm, məni də tutacaqlar”

Bununla belə Arif Yunus vəkillər və jurnalistlərlə birgə Baş
Prokurorluğa gedəcəyini dedi. O, hazırda Baş Prokurorluğa getmək üçün
evini tərk edib.

Müxbirimiz bildirir ki, A.Yunus hazırda Baş Prokurorluğun Ağır
Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindədir. O, binaya daxil
olmazdan öncə jurnalistlərə yalnız bunu deyib: “Bilirəm ki, məni də həbs
edəcəklər”.

L.Yunusun vəkili Xalid Bağırov hazırda müvəkkili ilə bərabər
dindirmədə iştirak edir. L.Yunus müstəntiq İbrahim Ləmbəranskinin
sorğularını cavablandırır.

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=10246

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31