Facebook fəalı tapıldı, üstündə narkotik…

30.07.2014 - 14:40

Şəmkir rayonu Qarazəminli kənd sakini Ilham Muradovun yeri məlum
olub. Yarım ay öncə saxlanmış bu gəncin qardaşı Arif Muradovun “Azadlıq”
radiosuna verdiyi məlumata görə, ona narkotik ittihamı irəli sürülüb:

“8 gün gəzəndən sonra qardaşımı tapdıq. Onu Şəmkir polisi saxlayıb.
Gəldilər, evində axtarış apardılar, sonra da kompüterini götürüb
getdilər. Kompüterində bir şey tapmadıqlarından üstünə narkotik ittihamı
atıblar. Kürdəxanıda ona yemək aparmışdıq. Həm də görüşmək istəyirdik.
Yeməyi götürdülər, amma görüş vermədilər. Qardaşım bizə məktub yazmışdı
ki, məcbur edəndən sonra o, üstündə narkotik tutulduğunu etiraf edən
kağıza imza atıb”.

Bir neçə gün öncə Şəmkir polisi “Azadlıq” radiosuna belə bir adamın saxlanması xəbərini yalanlamışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=10250

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31