Hakim azyaşlını ömürlük həbs etmək sifarişi alıb?

30.07.2014 - 17:00

Rauf Əliyevdən ölkə başçısına şikayət edildi

Rauf Əliyevdən ölkə başçısına şikayət edildi

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov
küçəsi 10/3 ünvanda yaşayan məcburi köçkün  Böyükağa Knyaz oğlu
Məhərrəmov ölkə başçısı Ilham Əliyevə, Baş prokuror Zakir Qaralova, Ali
Məhkəmənin sədri Ramiz  Razayevə, Bakı Ağır Cinayətlər Məhkəməsinin
sədri Mahmud Nəbiyevə və ölkənin tanınmış  vəkillərinə, hüquq
müdafiəçilərinə müraciət edib.

Böyükağa Məhərrəmovun bir surətini də “Azadlıq”ın redaksiyasına
göndərdiyi müraciəti təqdim edirik: “24 iyul 2014-cü il tarixdə Bakı
Ağır  Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə  Ceyhun
Maqsudovun ölümü ilə bağlı cinayət işinə baxılırdı. Həmin cinayət işində
mənim yetkinlik yaşına çatmayan (!) oğlum Kinyazlı Kinyaz Böyüküağa
oğlu da iştirak edib. Bütün istintaq prosesində Məhərrəmov Yusif Kamil
oğlu ilk gündən könüllü təslim olaraq etiraf edib ki, Maqsudov Ceyhunu
o, öldürüb. 

Məhkəmə prosesində Rauf Əliyev heç bir etikaya, hakim adına sığmayan
hərəkətlər edərək özünü çox aqressiv aparırdı, hamının üstünə hiddətlə
qışqırırdı. Məhkəmə zalında oturanlar hamısı məəttəl qalmışdı. Rauf
Əliyev hətta şahid Seymur Əsəgərova deyirdi ki, səni içəri basdıracam,
imkan vermirdi ki, şahid düzgün ifadə versin. Rauf Əliyev istəyirdi ki,
şahid məhz onun istədiyi kimi ifadə versin. Şahid düzgün ifadə verəndə
Rauf Əliyev acıqlanırdı, qışqırırdı. Rauf Əliyev hətta dəfələrlə oğlumun
vəkilinə    “səni indi zaldan çıxardacam” deyirdi. 

11 aydır bütün istintaq materiallarında mərhumu vurduğunu etiraf edən
və könüllü təslim olan Məhərrəmov Yusif deyəndə ki, Ceyhun Maqsudovu
mən öldürmüşəm, hakim deyirdi ki, sən onu öldürə bilməzsən, çünki sənin
boyun 1.50-dir. Yusif  Məhərrəmov deyir ki, möhtərəm hakim, mənim boyum
1.72-dir. Hakim deyir ki, ola bilməz, sənin boyunu ölçdürəcəm. Axırda
Məhərrəmov Yusif məcbur olub hakimə başa salır ki, qarşınızda mənim
şəxsiyyət vəsiqəmin surəti var, heç olmasa  ora baxın, orda hər şey
yazılıb. Hansı ki, dövlətin verdiyi şəxsiyyət vəsiqəsində belədir. Rauf
Əliyev hiddətlə Yusif Məhərrəmovun üstünə qışqırırdı ki, həkim çağırıb
sənin boyunu ölçdürəcəm, sən boyunu qısaldırsan. Hakimin yeganə məqsədi
nəyin bahasına olursa-olsun mənim yetkinlik yaşına çatmayan oğlumu qatil
elan etməkdir.

11 ay davam edən bütün istintaq materiallarında qeyd olunub hadisə
axşam 22.00-da baş verib. Hakim isə şahidləri məcbur edir ki, desinlər
hadisə 24.00-da baş verib.   

Rauf Əliyev sanki hakimliyini unudub özünü dövlət ittihamçısı rolunda
və daha pis formada aparırıdı. Bütün bunlara görə mən hakimin
dəyişilməsini və işin yenidən istintaqa qaytarılmasını tələb edirəm. 

Rauf Əliyev bu işə qərəzli baxır, burda maddi marağı var və ona
sifariş verilib ki, mənim yetkinlik yaşına çatmayan oğlumu qatil elan
edərəm ömürlük həbs etsin. Əgər mənim oğlum mərhumu bıçaqla vurub
öldürübsə ( bu əslində belə deyil ), xahiş edirəm oğluma ən ağır cəzanı
verin.

Onu da bildirim ki, mənim oğlumun bu işdə cinayəti olmadığı üçün bir
ay əvvəl Xətai rayon prokurorluğu məndən 20 min manat pul istədi ki,
oğlumu azadlığa buraxsınlar. Ancaq mənim pulum olmadığı üçün 10 aydan
sonra oğlumu qatil elan etdilər. 

Bütün ölkə ictimaiyyətindən xahiş edirəm ki, işin obyektiv aparılması üçün bizə kömək etsin”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10252

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31