Azərbaycan Gürcüstandan avtomobil idxalını 40 faiz azaldıb

30.07.2014 - 17:06

Nüsrət İbrahimov: “Bazar tam dolub və müəyyən həzm prosesinə ehtiyac var”

2014-cü ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 147,5
milyon dollar dəyərində 11,96 min minik avtomobili ixrac olunub.
“Trend”in məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika
Xidmətinin hesabatında deyilir.

Xidmətin məlumatına görə, qeyd edilən dövrdə bu sahənin xüsusi çəkisi
Gürcüstandan Azərbaycana ümumi ixracın həcminin 50,82 faizini təşkil
edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan
minik avtomobillərinin həcmi 22,25 faiz, say nisbətində isə 7,9 min ədəd
(39,9 faiz) azalıb. Müqayisə üçün bildirək ki, 2013-cü ilin yanvar-iyun
aylarında Gürcüstandan Azərbaycana 189,6 milyon dollar həcmində 19,901
min avtomobil ixrac edilib.

Ölkəyə avtomobil idxalının azalması Azərbaycanın tətbiqinə bu ilin
aprel ayının 1-dən başladığı Avro-4 ekoloji standartına keçidi ilə izah
edilir. Avro-4-ün tətbiqi Gürcüstandan Azərbaycana idxal olunan
nəqliyyat vasitələrinin böyük hissəsini təşkil edən köhnə avtomobillərin
ölkəyə gətirilməsini məhdudlaşdırır.

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac edilmiş malların
ümumi dəyəri 290,2 milyon dollar olub ki, bu da Gürcüstanın ümumi
ixracının 20,4 faizini təşkil edir. Ötən ilin eyni dövrünə nisbətən
Azərbaycana ixracat 12,8 faiz azalıb. Müqayisə üçün: ötən ilin ilk 6
ayında Azərbaycana 332,8 milyon dollar dəyərində Gürcüstan malı ixrac
edilib.

Bəs, Azərbaycanın Gürcüstandan avtomobil idxalını 40 faiz azaltması
qiymətlərə necə təsie edəcək və idxalın azalması başqa hansı səbəblərlə
bağlıdır?


Iqtisadçı ekspert Nüsrət Ibrahimov bildirdi ki, həm
avtomobil bazarının yüklənməsi, həm də AVRO-4 standartlarının tətbiqi
idaxalın azaldılmasına səbəb olub: “Gürcüstandan əsasən köhnə
avtomobillər idxal edilir. Təzə avtomobillər isə, digər ölkələrdən
gətirilir. Ümumi mənzərə onu göstərir ki, insanlar təzə avtomobillərə
daha çox üstünlük verir. Çünki, köhnə avtomobillər daha çox istismar
xərci tələb edir. Hesab edirəm ki, avtomobil bazarında qiymət artımı
müşahidə olunmayacaq. Əksinə, köhnə avtomobillərdə qiymət enməsi ola
bilər. Çünki, bazarda alıcı aktivliyi aşağı düşüb. Idxalın azalmasına
həm yeni AVRO-4 standartlarına keçid, həm də bazarın tutumu səbəb ola
bilər. Köhnə avtomobillər bu standartlara cavab vermir. Digər tərəfdən,
bazar tam dolub və müəyyən həzm prosesinə ehtiyac var. Ona görə də bir
müddət idxaldakı azalma müşahidə olunacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10254

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31