"Rusiya hansı yolu tutacağına qərar verməlidir"
“Rusiyaya qarşı sanksiyalar daha da gücləndirilə bilər”. Almaniyanın
kansleri Anqela Merkel bu fikirdədir. Merkel bəyan edib ki, Avropa
Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaları alqışlayır.
Rusiyanın davranışlarından asılı olaraq tətbiq olunan sanksiyalara
yenidən baxıla, hətta onlar daha da gücləndirilə bilər. “Hazırda Rusiya
tərəfi hansı yolu tutacağına qərar verməlidir. Rusiyanın qərarlarından
asılı olaraq biz qərralarımızı dəyişə, növbəti sərt addımları da
reallaşdıra bilərik”, deyə Merkel bəyan edib.
azadliq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=10262