Vüqardan Kənan M.M barəsində şok açıqlama
Məsələ ilə bağlı sənətçi Vüqar Muradov açıqlama verib.
Lent.az-ın məlumatına görə, müğənni bildirib ki, Kənan M.M
“Ulduzların döyüşü” realiti şousunda finalda ona uduzmasını həzm edə
bilməyib:
“15 nəfər boynu yoğun kişi ilə üstümə gəlmişdi. Mənim yanımda yalnız
qardaşım var idi.Mənə zəng vurub toy danışmaq adıyla bir yerə
çağırdılar. Orada Kənanı və adamlarını gördüm. Məqsədi məni döyüb,
zavallı halda videoya çəkib, “Youtube”a yerləşdirmək idi. Amma buna nail
ola bilmədi. Bir insanın üstünə iki, üç adam gələr. Mən 15 nəfərə necə
cavab verərdim? Kənanın bu hərəkəti cinayətdir. Qanunla ona və
yanındakılara 3 ildən 5 ilə qədər həbs cəzası gözlənilir. Polis
tərəfindən davanın qarşısı alındı. Onun söyüşlərini heç vaxt
bağışlamayacaqdım. Dünən Kənanı əlləri qandallı halda gördüm, ürəyim
ağrıdı. Mənə yaxınlaşdı, “haqqını halal et” dedi. Mən də haqqımı halal
edirəm. İndi polis idarəsinə gedirəm. Şikayətimi geri götürəcəm. Onu
Allah bağışlasın. 38 yaşlı kişiyə, ailəsi, uşaqları, xəstə anası olan
birinə bu yaraşmaz. Haqqımı Kənana halal edirəm, yetər ki, məndən uzaq
olsun”.
* * * 11:36
Binəqədi Rayon Prokurorluğundan verilən xəbərə görə, rejissor barəsində xuliqanlıq maddəsilə cinayət işi başlanıb.
Hadisəyə səbəb Kənan M.M-lə “Yeni ulduz ” layihəsinin qalibi, müğənni Vüqar Muradov arasında yararmış mübahisə olub.
ATV kanalında yayımlanan “Ulduzların döyüşü” müsabiqəsində yarışan
Vüqar Muradovun Kənan M.M-ə qalib gəlməsi rejissorun qəzəbinə səbəb olub
və o, V.Muradovun ünvanına mətbuatda kəskin açıqlamalar verib.
Beləliklə, onların arasında mübahisə düşüb. Mübahisədən sonra Kənan
idmançı dostları ilə birlikdə müğənnini döyüb. Bu səbədən də rejissor
həbs olunub və barəsində cinayət işi başlanıb (publika.az).
* * * 10:59
Məşhur rejissor Kənan M.M həbs olunub.
Binəqədi Rayon Polis İdarəsindən qafqazinfo.az-a daxil olan məlumata görə, rejissor dünən saxlanılıb.
Kənan M.M-ə xuliqanlıq maddəsi ilə cinayət işi də açılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=10265