O.Gülalıyevin yetkinlik yaşına çatmamış olğluna qarşı ittiham irəli sürülür

30.07.2014 - 17:23

“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru Oqtay
Gülalıyev iyulun 30-da 17 yaşlı oğlu Əli Gülalıyevlə birlikdə Bakı şəhər
Baş Polis İdarəsinə çağırılıb.

Saat 17.00 radələrində onlar hələ idarədə idilər. Əlimizdə olan
məlumata görə, gəncə qarşı xuliqanlıq ittihamı irəli sürülüb. Söhbət 23
sentyabr 2013-cü ildə baş vermiş hadisədən gedir. Həmin gün axşam
naməlum şəxslər Əli Gülalıyevə bıçaq xəsarəti yetiriblər. Bir il sonra
istintaq belə bir qənaətə gəlib ki, “təqsirkar” elə zərərçəkmişin
özüdür.

2013-cü il prezident seçkiləri ərəfəsində Oqtay Gülalıyevi dəfələrlə
polisə çağırıblar. Həmin vaxt o, Milli Şuranın namizədi Cəmil Həsənlinin
mətbuat katibi idi. Ona ictimai fəaliyyətinə və siyasi məhbusların
müdafiəsinə son qoymadığı təqdirdə oğlunun zərərçəkmişdən
təqsirləndirilən şəxsə dönə biləcəyinə işarə edilib.

Polisin işarələri işə yaramadıqdan sonra istintaq bəyan edib ki,
Gülalıyevin oğlu özü davaya başlayıb və ona qarşı cinayət işi başlana
bilər.

Xatırladaq ki, Oqtay Gülalıyev “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai
Alyansının və “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatorudur.

Bundan başqa, O.Gülalıyevin özünə qarşı iki il əvvəl Sabirabad polisi
tərəfindən irəli sürülmüş iğtişaşlara çağırış haqqında absurd ittiham
hələ də ləğv edilməyib.

Buna Gülalıyevin daşqından ziyan çəkmiş rayon sakinlərini etiraz aksiyasında iştiraka dəvət etməsi səbəb olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=10267

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31