Leyla Yunasa azadlıq tələb olundu

Yunusun həbsinə Milli Şuradan sərt etiraz bəyanat

Yunusun həbsinə Milli Şuradan sərt etiraz bəyanat
xadim, Sülh və Demokratiya İnstitutunun direktoru, Demokratik
Qüvvələrin Milli Şurasının və onun Koordinasiya Mərkəzinin üzvü Leyla
xanım Yunus Nəsimi rayon məhkəməsinin hökmü ilə həbs olunub. Leyla
xanım Milli Şuranın saat 12-yə təyin etdiyi “Azərbaycanın narkotrafik
marşrutuna çevrilməsi” adlı ictimai dinləmədə saxta narkotik ittihamı
ilə həbs olunan ictimai fəallar barədə məruzə etməli idi. Lakin Leyla
xanım tədbirə gəlmək üçün evindən çıxanda hüquq mühafizə orqanları
tərəfindən zor tətbiq edilməklə Baş Prokurorluğa aparılmış və günün
ikinci yarısı Nəsimi rayon məhkəməsində onun haqqında həbs qəti imkan
tədbiri seçilmişdir.
maddə), vergi ödənişindən yayınma (213-cü maddə), qanunsuz sahibkarlıq
(192-ci maddə), sənədlərin saxtalaşdırılması (320-ci maddə), böyük
ölçüdə fırıldaqçılıq (178.3.2) ittihamlar irəli sürülüb. Təəssüf hissi
ilə qeyd edirik ki, kriminallaşmış hakimiyyət orqanlarının bunları
etməsi gözlənilən idi.
Leyla xanım son 25 il ərzində Azərbaycanda vətəndaşın iradəsinə və
demokratik dəyərlərə söykənən azad bir dövlət yaradılması uğrunda bütün
fədakarlıqları göstərmiş bir ictimai xadimdir. Amma vergi sistemi
başdan-başa cinayəti içində olan bir rejim belə bir ictimai xadimi
vergidən yayınmaqda ittiham edir. Sahibkarıq məsələlərinə heç bir
aidiyyəti olmayan, ömrü boyu şərəflə hüquq müdafiəçisi kimi çalışan bu
fədakar insan “qanunsuz sahibkarlıq” fəaliyyəti ilə məşğul olmaqda
ittiham edilir. Ən gülməlisi odur ki, Leyla xanım kimi nəcib bir insan
“böyük ölçüdə fırıldaqçılıq” ittihamı ilə həbsə alınır. Yeri gəlmişkən,
Azərbaycanla bağlı “böyük ölçüdə fırıldaqçılıq” əməli məhz Avstriya
məhkəməsində araşdırılır və bu günə qədər böyük həcmdə dövlət vəsaitinin
mənimsənilməsi faktı ilə bağlı heç kəs cəzalandırılmayıb. “Böyük ölçüdə
fırıldaqçılıq” əməli Azərbaycandan keçib Gürcüstan ərazisində tutulmuş 3
tona yaxın narkotik qaçaqmalçılığıdır ki, hələ də heç bir rəsmi dövlət
qurumu bu barədə açıqlama verə bilmir. Ən maraqlısı odur ki, Fransa
Fəxri Legion ordeninin kavaleri olan Leyla xanıma qarşı tətbiq edilən
bütün bu qanunsuzluqlar Azərbaycanın Avropa Şurasının Nazirlər
Komitəsinə başçılıq etdiyi bir mərhələdə baş verir. Leyla Yunus İkinci
dünya müharibəsi başa çatdıqdan sonra Fəxri Legion ordunun yeganə
kavaleridir ki, qurama “dövlətə xəyanət” ittihamı ilə həbs edilir.
Yuxarıda qeyd edildiyi kimi, Leyla xanım Milli Şuranın və onun
Koordinasiya Mərkəzinin üzvüdür, onun həbsi həm də Milli Şuraya qarşı
başlanmış repressiyaların tərkib hissəsidir. Son 2 ayda MŞ-nın
toplantıları Leyla xanımın ofisində keçirilirdi və görünür bu da
hakimiyyəti qəzəbləndirən hadisələrdən biri olmuşdur. Üç aya yaxın
hakimiyyətin hər cür təzyiq və təhdidlərinə qarşı yorulmadan mübarizə
aparan bu böyük humanizm fədaisi sözün tam mənasında cəmiyyətə bir
nümunə verdi: qorxmazlıq nümunəsi, fədakarlıq nümunəsi, diktatura
rejiminə qarşı ardıcıl mübarizə nümunəsi.
Zaman-zaman siyasi mülahizələrlə həbs edilmiş bütün siyasi məhbusların,
vicdan məhbuslarının azadlığa çıxmasında onun misilsiz xidmətləri
olmuşdur. Bu gün də siyasi və vicdan məhbuslarının ən dolğun və obyektiv
siyahısını məhz Leyla Yunus hazırlamış və beynəlxalq təşkilatlara
göndərmişdir. Lakin indi o, özü vicdan məhbusudur və ölkənin bütün
vicdanlı adamları onun yanında olmalıdır. İndi Lelya xanım özü siyasi
mülahizələrlə həbs olunub və müdafiə etdiyi siyasi məhbuslar
sırasındadır. Milli Şura bütün qanunu vasitələrlə Leyla Yunusu
hakimiyyətin qanunsuz repressiyalarından qorumağa çalışacaq və bütün
vasitələrlə onu müdafiə edəcək. Biz onun dərhal azad olunmasını tələb
edirik.
Short URL: http://www.cumhuriyyet.net/?p=10270