Türkiyənin cəsus şəbəkəsi aşkarlandı

31.07.2014 - 00:19

Türkiyənin Milli Təhlükəsizlik Təşkilatının (Milli İstihbarat Teşkilatı
– MİT) Antiterror Mərkəzinin sabiq rəisi Məmməd Eymür sensasiyalı açıqlama ilə
çıxış edib. M.Eymür deyib ki, hazırda xarici
dövlətlərin kəşfiyyatçıları Türkiyədə “at oynadır”.

Onun sözlərinə görə,
1950-ci ildən bəri keçən 50 il ərzində Türkiyəni türklər idarə etməyib: “Türkiyəni
1950-ci ildən bəri türklər idarə etməyib. Bu da haradasa 50 il davam edib.
Dünyanın ən kritik regionunda yerləşən Türkiyəni başda ABŞ olmaqla, Rusiya,
Almaniya, İngiltərə, İsrail və digər ölkələr rahat buraxmadı və bundan sonra da
buraxmayacaqlar. Həmin dövlətlərin Türkiyəni idarə edən şəxslərə də təsirləri
olur. Hətta Türkiyəni idarə edəcək kəsləri onlar təyin edir.

İndi də başda ABŞ olmaqla,
Rusiya, İngiltərə, İsrail və digər ölkələr bizi rahat buraxmır. Türkiyədə
xarici ölkə agentləri “at oynadır”. Bu agentlər daha çox səfirliklərdə olur.
Bundan əlavə, hava yolları və turizm şirkətlərində, media orqanlarında və digər
sahələrdə də agentlər var. Onların arasında daha çox agent Rusiyaya məxsusdur”.

M.Eymür yerli və xarici
agentlərin ölkə mediasına necə sızmasını da izah edib: “Türk jurnalistlər hər
zaman xarici xüsusi xidmət orqanlarının hədəfindədirlər. Çünki cəmiyyəti
yönləndirmək, yəni psixoloji güc üçün media əhəmiyyətli rola malikdir. Buna ən
yaxşı nümunə kimi “Aydınlık” qəzetini göstərmək olar. Xarici xüsusi xidmət
orqanları mediadakı bəzi şəxsləri pulla ələ alırlar. Həmin şəxslər pul
müqabilində daha təsirli və onların maraqlarına uyğun fəaliyyət göstərirlər”.

M.Eymür həmçinin bildirib
ki, CIA (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi) NATO çərçivəsində MİT ilə ortaq
hərəkət edir: “Ancaq CIA Türkiyənin düşmən bildiyi ölkələrin kəşfiyyat
orqanları ilə də ortaq işlər görür. Daha çox mütəşəkkil cinayətkarlıqla
mübarizə adı altında kəşfiyyat toplantıları təşkil olunur və sairə. Adətən,
qayda belədir, diplomatiyanın bitdiyi yerdə kəşfiyyat işə girər.

Keçmişdə olduğu kimi indi
də MİT-in içində ABŞ, (CIA), İsrail (MOSSAD) və Almaniya (BND) xüsusi xidmət orqanlarına
çalışan şəxslər var. Xarici məxfi və xüsusi xidmət orqanları MİT-in
əməkdaşlarını, adətən, bu cür yollarla ələ alırlar. Məsələn, CIA maliyyə
büdcəsi olduqca böyük olan xüsusi xidmət orqanı olduğu üçün MİT-in hər hansı
əməkdaşının övladını öz hesabına ABŞ-da təhsil aldırır və beləliklə də, o
tələbə CIA-nın agentinə çevrilir. Əksər hallarda isə bu cür şəxslər CIA kimi
güclü bir kəşfiyyat orqanına simpatiyası olduğuna görə bu quruma könüllü
çalışmağa razılıq verir. Keçmişdə buna oxşar bir hadisə baş verib. Belə ki,
Sabahattin Savaşman adlı MİT agenti ABŞ-a çalışırdı. Daha sonra mənim rəhbəri
olduğum qrup onu ifşa etmişdi”.

Məşhur türk kəşfiyyatçısı
CIA-ya işləməsi barədə mediada yayılan iddialara da cavab verib: “Əgər mən
CIA-ya çalışsaydım, indi MİT-in başında mən olardım. Bundan əlavə, biz
CIA-ya çalışsaydıq, o zaman “Green Card” almaq üçün 9 il gözləməzdik”.

MİT-in “qara qutusu” adlandırılan M.Eymür bəyan edib ki, Türkiyənin sabiq
prezidenti Süleyman Dəmirəl də peşəkar kəşfiyyatçıdır: “Türkiyədə ən böyük
kəşfiyyatçı Süleyman Dəmirəldir. Ona MİT-in daxilindən və kənardan məlumatlar
ötürən şəxslər var. Dəmirəlin xüsusi şəxsi kəşfiyyat əlaqələri var. Ona bu
mənbələrdən vacib və etibarlı məlumatlar ötürülür”.

Qeyd edək ki, Türkiyə gündəminə oxşar hadisələri canlandırılan “Kurtlar
Vadisi Pusu” teleserialındakı Mete Aymar obrazı Məmməd Eymürün gerçək prototipi
hesab olunur. (Publika.az)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=10271

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31