Oqtay Gülalıyevin azyaşlı övladına cinayət işi açıldı

31.07.2014 - 01:02

Əli Gülalıyevin ölkədən çıxışı yasaq edilərək polis nəzarətinə
verildi

Milli Şuranın mətbuat xidmətinin
rəhbəri, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru Oqtay
Gülalıyev iyulun 30-da azyaşlı oğlu Əli Gülalıyevlə birlikdə yenidən Bakı şəhər
Baş Polis İdarəsinə çağırılıb.

Son ay yarım ərzində 3- cü dəfə BŞBPİ-
yə çağırılan Gülalıyevlər İdarədə 4 saata yaxın dindirilib və onlardan izahat
alınıb. Adı çəkilən qurumun İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin
İstintaqı Şöbəsi tərəfindən Əli Gülalıyevə qarşı Azərbaycan Respublikası CM-
nin 221.1- ci maddəsi ilə cinayət işi açılıb, haqqında polis nəzarətinə verilmə
qəti- imkan tədbiri seçilib və ölkədən çıxışına qadağa qoyulub.

Xatırladaq ki, 23
sentyabr 2013-cü ildə Əli Gülalıyev yaşadığı NZS qəsəbəsində hücuma məruz
qalmışdır. Həmin gün axşam naməlum şəxslər Əli Gülalıyevi döyərək ona ağır
bıçaq xəsarəti yetiriblər. Bir il sonra istintaq belə bir qənaətə gəlib ki,
“təqsirkar” elə zərərçəkmişin özüdür. Hadisədən 11 ay keçdikdən sonar
zərərçəkmiş yeniyetmə Gülalıyevə heç bir səbəb olmadan cinayət işinin açılması
və işin istintaqının bir başa Bakı şəhər Baş Polis İdarəsi tərəfindən
aparılması olayın arxasında siyasi çalarların olduğunu göstərir.

2013-cü il prezident seçkiləri ərəfəsində Oqtay Gülalıyev
dəfələrlə polisə çağırılıb. Həmin vaxt o, Milli Şuranın namizədi Cəmil
Həsənlinin mətbuat katibi, Seçki Qərargahının fəallarından olub. Ona ictimai
fəaliyyətinə və siyasi məhbusların müdafiəsinə son qoymadığı təqdirdə oğlunun
zərərçəkmişdən təqsirləndirilən şəxsə dönə biləcəyinə işarə edilib.

Polisin işarələri işə yaramadıqdan sonra istintaq bəyan edib ki,
Gülalıyevin oğlu özü davaya başlayıb və ona qarşı cinayət işi açılıb.

Xatırladaq ki, Oqtay Gülalıyev “Siyasi Məhbuslarsız Azərbaycan”
İctimai Alyansının və “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatorudur.

O, Kür daşqınlarından əziyyət çəkən şəxslərin hüquqlarını müdafiə
etdiyinə görə 2012- ci ilin 08 aprelində Sabirabadın Minbaşı kəndində həbs
olunub və qanunsuz olaraq 3 ay həbs həyatı yaşayıb. Bir çox yerli və beynəlxalq
təşkilatlar onu siyasi məhbus, Amnestyu İnternational təşkilatı isə onu vicdan
məhbusu elan edib. Onun özünə qarşı iki il əvvəl Sabirabad polisi tərəfindən
irəli sürülmüş iğtişaşlara çağırış haqqında absurd ittiham hələ də ləğv
edilməyib. Hüquq müdafiəçisi məhkəmənin qərarı ilə hazırda polis nəzarəti
altında olmaqla ev dustağıdır, ölkədən çıxışı yasaqdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=10275

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31