"Hakimiyyət dini də narkotikaya bulaşdırıb"
Üç tonda üç milyon qram var. Buna görə bir kişi hələ məsuliyyət daşımayıb. Deməli bu dövlət siyasətidir.
Bu fikirləri AXCP-sədri Əli Kərimli, Milli Şuranın “Azərbaycanın
narkotrafik məkanına çevrilməsi” adlı tədbirində səsləndirib. İyulun
30-da reallaşan tədbirdə Gürcüstanda saxlanılan 3 ton heroinlə bağlı
Azərbaycan tərəfindən heç bir açıqlamanın verilməməsi məsə ləsi müzakirə
edilib.
Gürcüstanda hüquq müdafiə orqanları tərəfindən saxlanılan 3 tonluq
heroinin ölkədən necə keçməsini müzakirə edən iştirakçılar, bu məsələdə
Azərbaycanın dövlət qurumlarının xəbərdar olduğunu vurğulayıblar.
“Azərbaycandan keçirilmiş nəhəng narkotik yükünün Gürcüstanda tutulması,
ölkənin ciddi narkotrafik məkanına çevrilməsi barədə növbəti
xəbərdarlıqdır”, – deyən, Milli Şura rəhbəri Cəmil Həsənli son dövrlər
respublikada din xadimlərinin də narkotik ittihamı ilə həbs olunmasına
diqqət çəkib.
Turan informasiya Agentlininin direktoru Mehman Əliyev narotikin
böyük hissəsinin Rusiya və Avropaya ötürüldüyünü deyir. Onun fikrincə,
Azərbaycan tərəfi Gürcüstan olayında susursa, deməli, deyilənlərlə
razıdır.
Çıxış edənlər BMT-nin hesabatında Azərbaycanın narkotilə bağlı adının
hallanmasını və ölkədəki 5-6 ailədən birinin istifadəçi olmasını mənfi
qiymətləndirərək bildiriblər ki, hazırda respublikada 500 min nəfər
narkotikin daxili bazar üçün istifadəçisi var.
Tədbirdə narkomaniya və narkobiznesə qarşı mübarizə qurumunun polisin tərkibindən çıxarılması məsələsi də gündəmə gəlib.
Short URL: http://www.cumhuriyyet.net/?p=10277