"Neftçi" – "Çixura" oyunundan öncə rus dili qalmaqalı

31.07.2014 - 01:54

Futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi”nin
rəqibi olacaq “Çixura”nın baş məşqçisi Samson Fruidze Bakıda keçirdiyi
mətbuat konfransında tərcüməçi tələb edib. ANS PRESS-in məlumatına görə, əks halda o, heç bir açıqlama
verməyəcəyini bəyan edib. Buna səbəb onun rus dilində danışmaq
istəməməsidir. Ona görə də Azərbaycan və gürcü dillərini bilən
tərcüməçinin vacibliyini diqqətə çatdırıb. “Neftçi” tərəfi isə
gürcülərin öncədən onların qarşısında belə bir tələb qoymadığını
bildirib. Nəticədə Pruidzenin mətbuat konfransı baş tutmayıb. 
Daha sonra o, jurnalistlərin suallarını rus dilində ayaqüstü
cavablandırıb: “Mən “Neftçi”ni yaxşı tanıyıram. Buna görə də
Azərbaycanda işləyən gürcü futbolçu və məşqçilərdən bu komanda barədə
heç nə soruşmamışam. İtirəcəyimiz bir şey yoxdur. Çıxıb mübarizə
aparacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Oyunçularım
inamlı danışırlarsa, bu, yaxşıdır. Uğur qazanmaq üçün yetərli gücümüz
var. Bizim öz oyun üslubumuz var və onu tətbiq etməyə çalışacağıq.
“Neftçi” bu oyunun favoritidir. Lakin çıxıb öz oyunumuzu ortaya
qoyacağıq. Bakıda bizi heç-heçə də qane edəcək. Stadionun sabah tam
dolması məni qorxutmur. Buna alışmışıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10279

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31