Əl-Qaidənin girov biznesi

31.07.2014 - 04:22


New York Times yazır ki, Əl-Qaidə 2008-ci ildən üzü bəri girovlara
görə əsasən Avropa ölkələrindən 125 milyon dollar alıb. Təkcə 2013-cü
ildə bu göstərici 66 milyon dollar olub. Qəzet bildirir ki, əvvəllər Əl-Qaidə daha çox varlı adamların
könüllü ianələri hesabına maliyyələşirdi. Bu kanal zəiflədikdən sonra
Qərb əsilli kəslərin girov götürülməsi sürətlə çoxalmağa başladı. 
Hər dəfə girov yerinə iri məbləğdə pul alanda terror təşkilatının
bu kimi əməliyyatlara marağı artdı. Tezliklə bu iş onlara başlarına
qonmuş şahlıq quşu kimi görünməyə başladı. 

Əl-Qaidənin Ərəbistandakı liderlərindən biri Nasir əl-Vuyaşi bəyan
edib ki, girov götürmək çox asan işdir: “Bu, çox gəlirli ticarətdir və
bu işdə bahalı dəfinələr gizlənib. Bir girova görə 10 milyon dollar
almaq o qədər də pis deyil. Və bu pullar təşkilatımızın büdcəsinin ən
azı yarısını təşkil edir”. 

New York Times yazır ki, bu terror təşkilatına 2008-ci ildən bəri
İsveçrə, İspaniya, Avstriya və Fransanın dövlət nəzarətində olan
şirkətləri və bir neçə kimliyi gizli saxlanılan təşkilat 90 milyon
dollar ödəyib.

Somalinin əl-Şəbab üsyançıları 2 girova görə 30 milyon dollar ala biliblər. 

Qəzet onu da bildirir ki, Avstriya, Fransa, Almaniya, İtaliya və
İsveçrə girovlara görə pul ödədiyini inkar edir. Ancaq Fransa
kəşfiyyatının yüksək rütbəli şəxslərindən biri Frans Press-ə etiraf edib
ki, hökumətlər və şirkətlər demək olar ki, hər dəfə girovlara görə pul
ödəməli olublar: “Bəzənsə girov nəyinsə əvəzində dəyişdirilib. Kimsə
həbsdən buraxdırılıb və ya girovun yerinə silah-sursat verilib”.
Qəzetin girovlarla bağlı danışıqlarda iştirak etmiş diplomatlara,
hökumət nümayəndələrinə istinadən yazır ki, Avropa, Afrika və Yaxın
Şərqin 10 ölkəsi Əl-Qaidəyə girovlara görə pul verməli olub. 
ABŞ və Böyük Britaniya isə ödənişlərdən imtina edib. Girovları
xilas etmək üçün hərbi əməliyyatlara baş vurub. Bir neçə dəfə uğur da
qazanıblar. Amma bəzi hallarda ABŞ-da terrorçularla danışığa getməli
olub. Belə ki, amerikalı əsgər Bove Berqdahə görə Talibanın Quantanamada
olan bir neçə rəhbər üzvü azadlığa buraxılıb. 
Qəzet bildirir ki, girovlara görə ölkələr pul ödəyirlər, amma rəsmi
söhbətlərdə isə bunu inkar edirlər. Beləliklə xalq aldadılmış olur. 
Məqalənin sonunda vurğulanır ki, Böyük Səkkizlər (G8) ötən il
girovlara görə terrorçulara pul verilməsini yasaqlayan sənədə imza
atıblar. Ancaq bu sənəd formal xarakter daşıyır…(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=10283

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31