Ölümcül virus Avropaya sıçradı

31.07.2014 - 08:09

Britaniya hökuməti təcili müşavirə çağırdı

 

Britaniya hökuməti təcili müşavirə çağırdı

 
 

Afrikada yayılan ölümcül Ebola virusu Avropaya sıçrayıb.

Britaniyanın Birmengem əyalətində Nigeriyadan qayıdan kişidə
bu ölümcül xəstəliyin simptomları aşkarlanıb.

“The Daily Mail” Britaniya hökumətinin təcili müşavirəyə toplandığını xəbər verir.

Həmçinin virusun Afrika qitəsindən kənara yayılmasına dair ikinci
fakt Honkonqda qeydə alınıb. Afrikadan səyahətdən qayıdan qadın Ebola
virusunun törətdiyi titrətmə-qızdırma əlamətləri ilə xəstəxanaya
yerləşdirilib.

Ebola virusu Afrikada bu ilin fevralından etibarən yayılmağa başlayıb
və bütün rekordları qırıb. İndiyədək Qvineya, Liberiya və
Syerra-Leonedə bu virusdan 600-dan çox adam ölüb. Ölənlərin dəqiq
sayının 660-a yaxın olduğu bildirilir.

Üstəlik Ebola ilk dəfə Afrikanın qərbində aşkarlanıb. İndiyədək hesab edilirdi ki, bu xəstəlik qitənin mərkəzi hissəsinə xasdır.

Dünya səhiyyəsi virusun digər qitələrə yayılması riskindən narahat
idi. Bir neçə gün əvvəl Liberiya hakimiyyəti ilə əməkdaşlıq edən
amerikalı həkimdə açıq-aşkar bu xəstəliyin simptomları müşahidə olunduğu
halda onu iki qitələrarası reysə buraxıblar. Daha sonra həmin həkim
xəstəlikdən ölüb. Hazırda həkimlər onunla birlikdə uçmuş sərnişinləri
axtarırlar.

Liberiyadan başqa ölkələrə bütün reyslər ləğv olunub. Bildirilir ki,
Patrik Soyer adlı həmin həkim iki reysdən – Liberiyadan Qanaya, habelə
Toqodan Laqosa uçan təyyarələrdə olub. Hər iki reysdə həkim
ürəkbulanmasından və qarın ağrısından əziyyət çəkib. Həkim Laqosdakı
xəstəxanada ölüb. Onun öldüyü xəstəxana bağlanıb və dezinfeksiya edilib.

Buna baxmayaraq əhalisi olduqca sıx olan və antisanitar vəziyyətdə yaşayan Laqosda xəstəliyin sürətlə yayılması riski var.

Ebola virusu heç kimə, o cümlədən bu xəstəliyə yoluxanların həyatını
xilas etməyə çalışanlara aman vermir. Dünən iyulun 29-da Syerra-Leonedə
bu xəstəliklə mübarizə aparan aparıcı mütəxəssis Şeyx Umar Xan da Ebola
virusundan ölüb. Həkim indiyədək yüzlərlə adamın həyatını bu xəstəlikdən
xilas edə bilmişdi, ancaq pasiyentlərdən birini müalicə etməyə
çalışarkən özü də virusa yoluxub.

Xəbərlərə görə, virusun Amerikaya sıçraması riski də var. Bu günlərdə
Kent Bredli adlı həkim ailəsi ilə birlikdə Afrikadan qayıdıb.
Xəstəliyin inkubasiya dövrü 21 gün çəkir və ona görə də risk var ki,
onlar da ölümcül virusa yoluxa bilərlər.

Titrətmə-qızdırma ilə müşaiyət olunan Ebola virusu xəstəliyinə qarşı
heç bir effektiv müalicə metodu və ya peyvənd yoxdur. Bu virusa
yoluxanların 90 faizə yaxını bir neçə gün sonra ölür. Virus ilk dəfə
1976-cı ildə Konqo Demokratik Respublikasında, Ebola çayı sahilində
aşkar olunub və adını da bu çaydan götürüb. Ebola virusu titrətmə,
ürəkbulanma, təngnəfəslik, qanaxma və diareya ilə müşaiyət olunur.
Xəstəlik olduqca yoluxucudur və yoluxmuş insanlardan, yaxud heyvanlardan
ifraz olunan qanla, habelə digər maye ilə təmas nəticəsində yayılır.
Virus əleyhinə pereparatların heç biri Ebola virusuna qarşı effektli
deyil. Müasir təbabət ancaq yoluxan insanda simptomları qismən
yüngülləşdirməyə nail olur.

Xəstəliyin yayıldığı Afrika ölkələrində tibb personalı belə xəstələri
müalicı etməkdən imtina edir, bir çox hallarda xəstəxanalardan qaçırlar
və işdən çıxırlar. Bu günlərdə Liberiyada tibb personalı Ebola virusuna
yoluxanların müalicə olunduğu xəstəxanalarda işə çıxmaqdan imtina
ediblər və belə xəstələri Sərhədsiz Həkimlər beynəlxalq təşkilatından
olan həkimlərin öhdəsinə buraxmağı istəyiblər. Habelə Afrika ölkələrində
Ebola virusuna yoluxanların guya əl və ayaqlarının kəsildiyi, daxili
orqanlarının çıxarıldığı haqda şaiyələr dolaşır və narahatlıq var ki,
əhali xəstələrin bir çoxunu gizlədir. Beləliklə də virusun yayılması
riski daha da artır.(virtualaz.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=10284

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31