Leyla Yunusun qızı BMT və demokratik ölkələrə müraciət etdi
30 iyul 2014-cü ildə Leyla və Arif Yunusların qızı Dinara Yunusova
BMT-nin insan haqları üzrə xüsusi məruzəçisinə, demokratik ölkələrin
prezidentlərinə, beynəlxalq hüquq müdafiə təşkilatlarına və
valideynlərinin həmkarlarına məktubla müraciət edib. Məktubu olduğu kimi
təqdim edirik:
Mənim valideynlərim – Leyla və Arif Yunusun azadlıqlarına təhlükə
yaranıb. Onlar ağır cinayətlərdə ittiham olunur, o cümlədən, vətənə
xəyanətdə. Bu ittihamlar sifarişli səciyyə daşıyır. Son 30 ildə
valideynlərimin fəaliyyəti Azərbaycan Konstitusiyası çərçivəsində insan
hüquqları və azadlıqlarına həsr olunub. Onlar siyasi məhbuslar,
işgəncələr, Qarabağ münaqişəsi ilə bağlı fəal mövqe tutub və bu prosesdə
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin prinsiplərinə əsaslanıblar.
Mən hakimiyyətlərin azad və müstəqil hüquq müdafiəçilərinə dözümsüz
yanaşdığı ölkələrdə demokratik dəyərlərə səs verən hər kəsə çağırış
edirəm. İnanıram ki, yalnız demokratik qüvvələri dəstəkləməklə mənim
ana və atama qarşı olan ittihamların ləğvinə təsir etmək olar.
Dinara Yunusova,
Məcburən xaricdə yaşayan Azərbaycan vətəndaşı
Short URL: http://www.cumhuriyyet.net/?p=10297