Bir ailənin faciəsinə səbəb olan məmur oğlu peşmandır

31.07.2014 - 10:24

“Biz qanı su ilə yumaq niyyətindəyik. Xalid Mədətov belə bir faciənin baş verməsindən çox peşmandır”

Bakı Ağır Cinayətlər Məhkəməsində mahir tarzən, xalq artisti Ağasəlim
Abdullayevin ailə faciəsinə səbəb olan “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyətinin (QSC) keçmiş rəis müavini Mübariz Mədətovun oğlu
Xalid Mədətovun cinayət işi üzrə məhkəmə istintaqı başlanacaq. Proses
hakim Əlövsət Abbasovun sədrliyi ilə keçir.

Təqsirləndiriliən şəxsin vəkili Ismayıl Mirzəzadə virtualaz.org
saytına açıqlamasında Mədətovlar ailəsinin “qanı su ulə yumaq”
niyyətində olduqlarını deyib: “Bu, bir qəzadır. Əlbəttə, heç kim
istəməzdi ki, belə bir faciə yaşansın. Bu cür qəza hər birimizin başına
gələ bilər. Bu, düşünülmüş, planlaşdırılmış qətl deyil, ehtiyatsızlıq
üzündən baş vermiş hadisədir.

Mədətovlar tərəfindən Ağasəlim Abdullayevlə barışmaq üçün çox cəhdlər
oldu. Amma hələ ki, konkret heç nə yoxdur. Belə bir məsəl var: qanı
qanla yox, su ilə yuyarlar. Biz qanı su ilə yumaq niyyətindəyik. Xalid
Mədətov belə bir faciənin baş verməsindən çox peşmandır”.

Vəkilin sözlərinə görə, qəzanın X.Mədətovun sərxoşluğu ucbatından baş
verməsi barədə deyilənlər həqiqətəuyğun deyil: “Xalid özü də deyib ki,
içkili olmamışam. Amma ona Cinayət Məcəlləsinin 263.1.4-cü maddəsi ilə
(yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş
halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs
tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə
səbəb olduqda) cinayət işi qaldırıblar. Bu maddə ilə ittiham olunanları 7
ildən 12 ilə qədər həbs cəzası gözləyir”.

Martın 15-də Suraxanı rayonu ərazisində, Zığ şossesində X.Mədətov
“Mercedes-Benz Gelandewagen-55” markalı avtomobilini idarə edərkən xalq
artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi “VAZ-2106″a çırpılıb.
Nəticədə “VAZ-2106″da olan sərnişinlər – xalq artsitinin həyat yoldaşı,
1959-cü il təvəllüdlü Brilyant Abdullayeva və 2008-ci il təvəllüdlü
nəvəsi Ağasəlim Abdullayev hadisə yerində ölüblər. 1950-ci il təvəllüdlü
Ağasəlim Abdullayev (məşhur tarzən, xalq artisti) və onun gəlini,
1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən
xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Fakta görə Suraxanı Rayon Polis Idarəsində Cinayət Məcəlləsinin
263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını
pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda)
maddəsi ilə cinayət işi başlanıb. Sürücü Xalid Mədətov narkoloji tibbi
müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində
olması müəyyən edildiyindən cinayət işi CM-in 263.1.4-cü maddəsinə
tövsif olunub.

Qəzadan iki gün sonra Mübariz Mədətov ölkə başçısının sərəncamı ilə
tutduğu vəzifədən azad edilib, oğlu Xalid Mədətov isə həbs olunub.
Mübariz Mədətov Xəzər Dəniz Gəmiçiliyi Idarəsinin sabiq rəisi Aydın
Bəşirovun həm qudası, həm də biznes ortağıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=10302

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31