Komitə sədrinin yanan evi ətrafında 1 milyonluq məhkəmə qalmaqalı

31.07.2014 - 19:22

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun həyat
yoldaşı Minayə İbrahimova “Era Trans Sığorta” ASC-ni məhkəməyə verib.

ASC-dən virtualaz.org saytına daxil olan məlumata görə, iddiada üçüncü tərəf qismində “Nikoil” bankı iştirak edir.
M.İbrahimovanın
sığorta şirkətini məhkəməyə verməsinə səbəb onlara məxsus evin yanması
nəticəsində ASC-dən iddia etdikləri pulu ala bilməməsi olub. Belə ki,
İbrahimovlar özlərinə məxsus olan və Bakı şəhəri, Yasamal rayonu,
S.Tağızadə küçəsi, 59 saylı ünvanda yerləşən evin 18, 19 və 20 saylı
mənzillərini bu şirkətdə sığorta etdiriblər.
Daha sonra isə
İbrahimovlar həmin mənzilləri girov qoyaraq “Nikoil” bankdan 800 min
manat (1 milyon ABŞ dollarından çox) məbləğdə kredit götürüblər.
Sığorta
predmeti olan həmin mənzillərdə 2012-ci il, martın 9-da saat 03:10
radələrində yanğın baş verib. İbrahimovlar isə sığorta şirkətindən
təxminən 1 milyon ABŞ dolları tələb edib. Sığorta şirkəti məhz bu
məbləği verməyib.
Belə olan halda M.İbrahimova məhkəməyə müraciət
edib. Onlar 748 min 650 manat məbləğində sığorta ödənişinin həyata
keçirilməsini tələb ediblər. Səbayel Rayon Məhkəməsi iddianı təmin edib.
Bakı Apelyasiya Məhkəməsi qətnaməni qüvvədə saxlayıb. “Era Trans
Sığorta” ASC qərardan kassasiya şikayəti verib. İşə sabah – avqustun
1-də Azərbaycan Ali Məhkəməsində hakim Qəhrəman Allahverdiyevin sədrliyi
ilə baxılacaq.
“Era Trans Sığorta” ASC-ni rəhbərliyi iddia edir
ki, iki instansiya məhkəməsinin qərarları qanuni deyil. ASC
rəhbərliyinin fikrincə, Nazim İbrahimov tutduğu yüksək dövlət
vəzifəsindən istifadə edərək məhkəmələrə təsir edib. Belə ki, sığorta
predmetini daşınmaz əmlak kimi sığortalıya məxsus 3 ayrı-ayrı mənzil –
Yasamal rayonu, S.Tağızadə küçəsi, 59 ünvandakı evin 18, 19 və 20 saylı
mənzilləri təşkil edir. Yəni sığortanın predmetini yalnız daşınmaz əmlak
təşkil edir.
“Həmin mənzillərdəki daşınar əmlaklar sığorta
predmetinə daxil deyil və mənzillərdəki daşınar əmlaklar tərəfimizdən
sığortalanmayıb. Bundan başqa, sığortalı tərəfin Azərbaycan Respublikası
qanunvericiliyi ilə yerinə yetirilmədiyi halda məsuliyyət (həmçinin
mülki məsuliyyət) nəzərdə tutduğu və öhdəsinə götürmüş olduğu vəzifələri
yerinə yetirməməsi nəticəsində sığorta hadisəsi baş verib. Bu səbəbdən
də Mülki Məcəllənin 935.1.2-ci maddəsinə əsasən  qanunvericilikdə
nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa sığortalının,
müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn
qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi sığorta ödənişinn
verilməsindən imtina üçün əsasdır.
Bundan başqa, yanğın hadisəsi
üzrə aparılmış təhqiqat zamanı həm sığortalının izahatı ilə, həm də
bütün sənədlərlə sübuta yetirilib ki, yanğına səbəb kimi sığortalı
Minayə İbrahimova, sığorta predmeti olan mənzilləri 08 mart, 2012-ci il
tarixdə saat 17:00 radələrində ailəliklə tərk ediblər və mənzildən
çıxarkən bütün elektrik xətlərini cərəyandan ayırıb, lakin qızdırıcı
sobanı işlək vəziyyətdə qoyaraq bağ evinə gediblər. Göründüyü kimi,
yanğın hadisəsinin baş verməsinə səbəb işlək vəziyyətdə qoyulmuş
qızıdırıcı sobanın nəzarətsiz vəziyyətdə qoyularaq evi tərk edilməsi
nəticəsində sobanın həddən artıq qızaraq taxta tavanı alışdırması olub.
Sığortalı qaz sobasının nəzarətsiz qoyaraq tərk etməməsi vəzifəsini
pozmaqla yanaşı həmçinin mənzildə istifadə edilən qaz cihazlarının
texniki göstəricilərinə də riayət etməyərək qaz sobasınn daimi nəzarət
edlməsinə də şərait yaratmayıb” – deyə “Era Trans Sığorta” ASC-dən
bildirilir.
ASC-dən o da bildirilib ki, Yasamal rayon Qaz
İstismarı İdarəsinin (Qİİ) işçiləri tərəfindən tərtib edilmiş
02.12.2011-ci il tarixli aktdan görünür ki, məsul işçilər sığortalı
mənzildə qaz cihazlarının yoxlanması üçün dəfələrlə gəlsələr də qapı
açılmayıb və mülkiyyətçi tərəfindən şərait yaradılmayıb: “Bu səbəbdən də
mənzilə gedən qaz xətti sayğacdan ayrılıb. Mənzildə qazın istifadəsinin
dayandırılmasına baxmayaraq qaz xətti qanunsuz olaraq plastik boru ilə
bərpa edilib”.
“Era Trans Sığorta” ASC İbrahimovlara dəyən ziyanı
ödməyə hazır olduğunu, lakin zərərin aradan qaldırılması və mənzilin
təmir edilərək əvvəlki vəziyyətə gətirilməsinin mümkünlüyünə baxmayaraq
qarşı tərəf kredit məbləği həcmində ödəniş tələb edir: “Məhkəmənin
sığorta predmeti olan əmlakların dəyərinin 800000 manat məbləğində
qiymətləndirməsi də iş üzrə heç bir əsasa söykənmir. Sığorta predmeti
olan S.Tağızdə küçəsi, 59 saylı evin 20 saylı mənzilinin ümumi sahəsi 80
kv.m, 19 saylı mənzilin ümumi sahəsi 79 kv.m, 18 saylı mənzilin ümumi
sahəsi 47 kv.m-dir. Mənzillərin sığorta hadisəsi baş verən anda orta
bazar dəyəri, hər 3 mənzilin birlikdə cəmi maksimal dəyəri 400000 manat
təşkil edir. Lakin məhkəmə tərəfindən sığorta predmeti olan mənzillərin
dəyəri süni şəkildə şişirdilərək 800000 manat dəyərində
qiymətləndirilib. İş materiallarına əlavə edilmiş və “MBA Marketing
Business Analysis” şirkəti tərəfindən verilmiş 10.06.2013-cü il tarixli
arayışdan görünür ki, sığorta predmeti yerləşən ərazidə yüksək təmirli
mənzilin 1 kv.m-nin dəyəri təxminən 2000 manat olmaqla sahəsi 79 kv.m
olan mənzilin dəyəri 150000 manat, sahəsi 80 kv.m olan mənzilin dəyəri
152000 manat, sahəsi 47 kv.m olan mənzilin dəyəri 95000 manat təşkil
edir.
Lakin məhkəmənin heç bir sənədə istinad etmədən mənzilin
hadisə baş verən günə qiyməti kimi müəyən etdiyi məbləğdən belə çıxır
ki, guya həmin mənzillərin 1 kv.m dəyəri 7 min manat olub. Bu istinadın
isə heç bir əsası yoxdur və bu da işdə olan sübutlarla təkzib edilir.
Hazırda həmin mənzillərin yerləşdiyi ərazilər dövlət ehtiyacları üçün
satın alınır və hər kvadratmetr üçün qoyulmş məbləğ 1500-2000 manat
təşkil edir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10313

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31