"20 Yanvar"ın giriş-çıxışındakı ticarət obyektləri sökülüb

31.07.2014 - 19:44

Metronun “20 Yanvar” stansiyasında ticarət köşklərinin bir qismi
sökülüb.

Metronun “20 Yanvar” stansiyasında ticarət köşklərinin bir qismi
sökülüb.

Obyekt sahiblərinə bildiriblər ki, dükanlar gediş-gəlişə mane
olurdu. Narazı olan ticarətçilərə hələlik heç bir alternative yer təklif
edilməyib.

Obyekt sahibləri isə əlacsızlıqdan əllərində olan malları
dəyər-dəyməzinə satmaq qərarına gəliblər. Onlar sökülmüş dükanlarının
qarşısında dayanaraq öz mallarını əllərində satmalı olublar.

Söhbət etdiyimiz satıcıların sözlərinə görə, təxminən 2-3 ay öncə
sözügedən stansiyada piştaxtaları yığışdırmışdılar. Satıcılara
bildirilmişdi ki, bu ümumi mənzərəyə xələl gətirir. Onlar piştaxtalarını
dükanlarla əvəz edilməsini istəsələr də, Metropoliten rəhbərliyindən
yox cavabı alıblar. 

“İndi isə metronın giriş-çıxışındakı dükanları bağlayıblar. Deyirlər
ki, gediş-gəlişə problem yaradır. İndiyə qədər mane olmurdu? Hamısı boş
söhbətdi. Sadəcə hissə-hissə dükanları sökürlər. O biri obyektləri də
yaxın zamanlarda bağlayacaqlar”, – deyə satıcılar bildirdilər.

“Bakı Metropoliteni” QSC-nin ticarət departamentindən verilən məlumata görə, obyektlər bir neçə günə tamamilə yığışdırılacaq.

“Əslində söküntü işləri bir neçə gün öncədən başlamalı idi. Ancaq
Ramazan bayramı ilə əlaqədar camaatı həmin gün çörəkpulundan etmək
istəmədik. Gözlədik ki, bayram qurtarandan sonra obyektlərin söküntüsünə
start verək. Obyektləri sökülən sakinlərin harada və necə işləməklərinə
artıq biz cavabdeh deyilik. Stansiyanın girişindən çıxışınacan olan
ərazidəki bütün obyektlər söküləcək. Gündüz insanların çoxluğundan
sıxlıq olur deyə işləri gecə vaxtı olur. Ona görə də işlərimiz, ola
bilsin, bir az ləngisin, ancaq ən geci sabaha qurtararıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10315

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31